Azərbaycan İdeyası

ATV-nin rəhbərliyi müğənniləri restoranlarda, toylarda məcburi pulsuz oxudurmuş – FOTOFAKT

Tarix:27-09-2017, 12:45
Baxış Sayı:416

  ATV-nin rəhbərliyi müğənniləri restoranlarda, toylarda məcburi pulsuz oxudurmuş – FOTOFAKT

“ATV-nin vitse prezidenti Rauf Dadaşovun qardaşı Fuad restoran biznesi ilə məşğuldur. HOLIDAY INN – Hotel-in içərisində yerləşən “Panoramik” restoranındakı şounu əvvəllər Fuad Dadaşov idarə edirdi. ATV-dən müğənniləri həmin restorana pulsuz şou-proqrama göndərirdilər. Müğənnilər ATV kanalının efirinə iki halda çıxa bilir. Ya pul ödəməlisən, ya da pulsuz onların göndərdiyi tədbirlərdə çıxış etməlisən”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycanın populyar estrada müğənnisi Nura Suri söyləyib. Onun sözlərinə görə, toy tədbirləri, restoranlara, şou proqramlara və dövlət tədbirlərinə görə müğənnilərin 90%-nə pul ödənilmir.
“Bölgələrdə dövlət tədbirləri olur və bizi o tədbirlərə getmek üçün heç avtobus belə ayırmırlar. Öz cibimizdən xercləyirik yola da, stilistlərə də. ATV kanalında Tural adlı prodüsser var idi. Bütün bu tədbirlərə müğənniləri Tural çağırırdı. Zəng edib deyir ki, Rauf müəllimin rəhbərliyi istəyir ki, filan tədbirdə gedib oxuyun. Filankəsin toyunda gedin oxuyun. Tanımadığımız adamların toyunda gedib pulsuz oxuyurduq. Mən 7 ildən çoxdur ki, vergi ödəyicisiyəm. Mən gedib pul almadığım tədbirlərdən sabah vergi gəlib soruşacaq ki, bu tədbirlərdə oxumusan. Mən onlara necə sübut edim ki, biz tədbirlərdə pulsuz oxuyuruq. Mənim efirə çıxmamağımın bir səbəbi də budur”.
Müğənni Azərbaycanda yalnız Lider və Xəzər telekanalında efirə çıxdığını sözlərinə əlavə edib. Nura Suri bu iki kanalda belə bir hallarla üzləşmədiyini söyləyib: “Bu problemlər həmişə ATV kanalında yaşanıb. Bir çox müğənni ATV kanalında “qara siyahı”dadır. Müğənnilərə qarşı efirdə aqresiya yaradırlar. Harasa çağırıb, getməmisən. Əvəzində efirə çağırıb “vurmağa” başlayırlar. Efirdə artıq-artıq sözlər danışıb müğənnini gözdən salmağa çalışırlar. Ona görə 2 ildir ki, ATV kanalında efirə çıxmıram. Yalnız, 106 və 106.3 FM-də mahnılarım indiyə kimi səslənib. Radioda neqativ hallarla qarşılaşmamışam”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO