Azərbaycan İdeyası

ATV-nin keçmiş prezidentindən sərt açıqlama

Tarix:28-09-2017, 16:58
Baxış Sayı:442



 ATV-nin keçmiş prezidentindən sərt açıqlama

Xəbər verdiyimiz kimi, ATV telekanalının prezidenti Vüqar Qaradağlı vəzifəsindən uzaqlaşdırılıb. Onunla bərabər kanalın bir neçə yüksək vəzifəli şəxsi işdən azad edilib. Sözügedən hadisə ölkənin əsas gündəmini zəbt edib və sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. Telekanalın keçmiş prezidenti olan Vüqar Qaradağlının əleyhinə müzakirələr açılıb.
Korrupsiya-q.az Oxu.Az-ın məlumatına görə, bildirir ki, yayılan xəbərlə bağlı bizimyol.info saytı ATV telekanalının keçmiş prezidenti Vüqar Qaradağlı ilə əlaqə saxlayıb. O, sayta açıqlamasında bir qədər sərt danışıb:
“Nə istəyirsiz, əl çəkin məndən. Mənim heç kimə pisliyim keçməyib. Kim nə yazır, nə danışır özü bilsin, Allahı bilsin. Məni narahat etməyin. Vəzifədən gedənin arxasınca danışarlar.”
Müxbirin işdən Turan İbrahimova və onun verilişinə görə uzaqlaşdırılmısınız sualına Vüqar Qaradağlı belə cavab verib:
“Mən ömürlük vəzifəmdə qalan deyildim ki, mən ATV kanalına gedəndə orda nə stat var idi, nə department. Bu istiqamətdə və telekanalın proqramlarının müsbət istiqamətə dəyişməsinə çalışdım.Kanalın texniki bazasını düzəltdim, ən müasir texnikalar alınıb. İşləmişəm, indi də təsisçilərin qərarı ilə işdən çıxmışam. Burda başqa heç nə axtarmaq lazım deyil. Mən ömür boyu harda işləmişəm, dövlətimə ləyaqətlə xidmət etmişəm”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO