Azərbaycan İdeyası

"Kimsə kredit borcunu ödəyə bilmirsə, onu həbs etmək yox, borcu bağışlanmalıdır"

Tarix:2-10-2017, 16:21
Baxış Sayı:298

 "Kimsə kredit borcunu ödəyə bilmirsə, onu həbs etmək yox, borcu bağışlanmalıdır"


"Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var"
Moderator.az millət vəkili, İqtisadi və Sosial İnnovasiyaar institutunun rəhbəri Əli Məsimlinin Milli Məclisin 2017-ci il payız sessiyasının 2 oktyabr tarixli plenar iclasındakı çıxışının mətnini təqdim edir:
"Milli Məclisin 2017-ci il PAYIZ SESSİYASININ qanunvericilik işləri planına Dövlət bayrağı, Dövlət gerbi, Dövlət himni haqqında Konstitusiya qaunlarının layihləri, eləcə də 2018-si ilin dövlət büdcəsi zərfinə daxil olacaq qanun layıhələr, Hesablama Palatası haqqında qanun layihəsi,Kənd tsərrüfatında sığortanın stimulladırlması haqqında, Peşə təhsili haqqında qanub layihələri salınıb. Həmin qanun layihələrinin qəbulu dövlət quruculuğu,iqtisadi, sosial, elm,təhsil, aqrar və sair sahələrdə hüquqi bazanın genişləndirilməsi və möhkəmləndirlməsi istiqamətində irəliyə doğru çox mühüm addım olacaqdır. Bu həm də onu göstərir ki,Milli Məclis 2017-ci ilin YAZ SESSİİYASINDA 268 qanun və qərarın(onun 122-si İqtisadi siyasət komitəsindən keçib) qəbul olduğu kimi, PAYIZ SESSİYASInda da məhsuldar işləyəcəyindən xəbər verir..
Bununla yanaşı iki məqamın qanunverivilik sənədlərində nəzərə alnması böyük aktuallıq kəsb edir:

Birincisi, Azərbaycanda PREZİDENT SEÇKİLƏRİNƏ bir ildən artıq vaxt qalmasına baxmayaraq regionda maraqları olan ölkələrin təzyiqinin şiddəti indidən özünü göstərir.Bu təzyiqlərə ən sanaballı cavab cəmiyyət həyatının bütün sahələrində islahatların dərinləşdirilmsi və genişlndirilməsidir.Təzyiqlərin neytrallaşdırılmasının ən optimal, ən səmərəli və dünya çapında yüksək dəyərləndirilən üsulu isə islahat xarakterli qanunların qəbulundan keçir.
İkincisi, ötən ilin sonlarında STRATEJİ YOL XƏRİTƏSİNİN qəbulu YAZ SESSİİYASINDA həmin sənədin tələblərindən irəli gələn bir sıra əlavə qanunların da qəbulunu, eləcə də bir sıra qanunvericilik sənədələrinə zəruri əlavə və dəyişiklərin edilməsini zəruri etdiyi kimi, PAYIZ SESSİYASInın gedişində də bir sıra yeni qanunların bu plana əlavə olunmasına gətirib çıxaraq.
STRATEJİ YOL XƏRİTƏSİ özündə qısa, orta və uzun müddətə effekt verən tədbirləri əks etdirdiyindən,həmin müddətlərdə arzu olunan səviyyədə effekt götürməkdən ötrü təşkilatı tədbirlər, maliyyə təminatı ilə ilə yanaşı hüquqi təminata da bötük ehtiyac var. Bu baxımdan qısa müddətə effekt verən tədbirlərin hüquqi təminatını möhkəmləndirməkdən ötrü, iqtisadiyyatın real,maliyyı vı sosail sahələrində hüquqi bazanı möhkəmləndirməkədn ötrü bir sıra yeni qanunların qəbula,eləcə də mövcud qanunların təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. 2015-ci ilin ilk devalvasiyasına qədər problemli kreditlər 1 milyard manatın altında olub, təhlükəli həddən xeyli aşağı idi indi 1,8 milyard manatı ötüb təhlükəli həddi də aşıb.
Həmin artan problemli kreditlərin xeyli hissəsi ümidsiz kreditlərdi, yəni qaytarılması mümkün olmayacaq.Börcların xeylisinin qayıtması nəticəsində isə bankların çoxunu xilas etmək olar və həmin vəsait hesabına digər zəruri tədbirlər də həyat keçirmək olar. Məsələn,müvafiq qanunvericilik aktı qəbul edib, fakitiki olaraq müflisləşmiş şəxslərin məhkəmə tərəfindən müflis elan olunması və onların borclarının silinməsinə getmək olar. Kimsə borcunu ödəyə bilmirsə,onu həbs etmək yox, borcu bağışlanması daha düzgün yoldur. Sivil dünyada bu belədir,borca görə vətəndaşı həbs etmirlər.Bu, dollar kreditləri olanlara məzənnə güzəştlərinin tətbiqinə də yol açacaq.Bütün bunların müqabilində dövlət banklara birbaşa və dolayısı yardım edə bilər.
Bizim bu yöndəki risklırin 4 yerə bölünməsi təkliflərimizi zamanında həyatı keçirməklə artan borcların məbləğinin cəmi 15 faizinə qədər dövlət vəaiti sərf edib, məsələni xeyli çözmək olardı. Bu sahədə mövcud olan problemləri yumşaltmaqdan ötrü digər şərtlərlə yanaşı,həm də PROBLEMLİ KREDİTLƏR barədə qənun qəbul edilməsinə və ya mövcud qanunvericilik sənədələrində məqsədyönlü dəyşikliklərin edilməsinə ehtiyac var. Bu istiqamətdə biz deputat həmkarım Vahid Əhmədovla birgə verdiyimiz təkliflərdə Mülki Məcəlləyə və Banklarla bağlı qanunlara əlavələr və dəyişikliklər də var.Aidiyyatı orqanların bu məsələyə yenidən baxması problemin həllinin xeyrinə olar.

Azərbaycanda fəaliyyət göstərən müəssisələrin 80 faizi kiçik müəssisə kateqoriyasına aiddir. Amma həmin müəssüsələrin ÜDM-də payı cəmi 6 faiz, məşğulluqda payı 6,5 faiz,mənfəətdə payı 1 faiz,sərmayələrdə payı 9 faizdir. Bynəlxalq təcrubədə xeyli ölkələrdə kiçik müəssüsələrin ÜDM-də payı 50- 60 faiz bir sıra ölkələrdə isə 80-90 faizdən də yüksəkdi. STRATEJİ YOL XƏRİTƏSİndə kiçik müəssisələrin ÜDM-də payının
2020-ci ildə 15 faizə(məşğuluqda 20 faizə),
2025-ci ilə 35 faizə, (məşğuluqda 40 faizə),
2025-ci ildən sonrakı illərdə illərdə isə 60 faizə (məşğuluqda 70 faizə) çatdırılması nəzərdə tutulur.
Buna nail olmaqdan ötrü digər şərtlərlə yanaşı mövcud qanunvericilik sənədlərinin əvəzinə SAHİBKARLIĞA REAL DÖVLƏT DƏSTƏYİNİN GÜCLƏNDİRİLMƏSİNƏ dair bir model qanunun hazırlanmasını və qəbul edilmsini vacib hesab edirik. Hesab edirək ki, indidən işə başlanılsa, beynəlxalq statuslu təcrübəli ekspertləri də cəlb etməklə,hokumətin aydiyyatı qurumlarnın,xüsusən də İqtisadiyyat Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının,Milli Məclisin İqtisadi siyasət komitəsinin gücü ilə Milli Məclisin 2018-ci il YAZ SESSİYASINDA baxılmaq üçün çox mükəmməl bir qanun layihəsi hazırlayıb ortaya qoymaq olar.

Son illər külli miqdarda dövlət vəsaitinin talanması dövlət maliyyə nəzarəti sahəsində səmərəli fəaliyyət göstərən xüsusi rejimin yaradılmasını obyektiv zərurətə çevirib.Sahibkarlığın dəstəklənməsinə dair qanun üçün təklif etdiyimiz üsulla DÖVLƏT MALİYYƏ NƏZARƏTİ haqqında model qanun da hazırlamaq olar. Belə bir model qanunun ortaya çıxması həmin sahə üzrə bir sıra qanunların da hazırlanmasına yol açar.Bu isə dövlən maliyyəsindn istifadınin səmərəliliyini artırılmasına və mövcud çatışmazlıqların aradan qaldırılmaısnda əvəzsiz rol oynaya bilər.

STRATEJİ YOL XƏRİTƏSİndə orta müddətə effekt verən tədbirləri əks etdirdiyindən,həmin müddətlərdə arzu olunan səviyyədə effekt götürməkdən ötrü hüquqi təminata da bötük ehtiyacı olab məsələ ölkədə inhisarşılığnı yığışdırılması və azad sahibkarlığın inkişafinin bir nömrəli şərti olan azad rəqabtə çərait yaradılmasıdır.Bu baxımdan RƏQABƏT MƏCƏLLƏSİNİN qəbulunun sürətləndirilmsini zəruri hesab edirik. Ölkədə inhisarşılıq fikirdə,sözdə və işdə yığışdırılmasa və azad rəqabtə şərait yaradılmasa,kiçik və orta sahibkarlığı lazımı sviyyədə imkişaf etdirə,sünü qiymət artımının qarşısını ala,kənd təsərrüfatına yönəldilməyə başlanan iri sərmayənin öz təyinatına görə səmərəli stifadəsinə nail ola bilməyəcəyik.
STRATEJİ YOL XƏRİTƏSİndə orta və uzun müddətə effekt verən tədbirləri əks etdirdiyindən,həmin müddətlərdə arzu olunan səviyyədə effekt götürməkdən ötrü hüquqi təminata da böyük ehtiyacı olan əsas məsələ Azərbaycanın neftə əsaslanan modeldən innovasiyalı inkişafa aparan modelə keçidin hüquqi bazasının təmin edilməsi ilə bağlı qanunların qəbulunun sürətləndirilməsidir. Bu baxımdan “TƏHSİL haqqında" qanunu qəbul edildikdən sonra həmin model qanundan irəli gələn digər qanunların da qəbulunun sürətləndirilməsini zəruri hesab edirik. Bir model qanun kimi “TƏHSİL haqqında" qanun 8 il bundan qabaq - 5 sentyabr 2009-cu ildə qəbul ediləsə də, hələlik yalnız Məktəbəqədər təhsil haqqında qanun qəbul edilib. Peşə təhsili haqqında qanun layihəsinə isə bu sesssiyada baxılması nəzərdə tutulur. Əgər nəzərə alsaq ki, hər il orta məktəbi bitirən şagirdlərin çox az faizi ali məktəblərə daxil olur, onda bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də əlverişli peşə təhsilisistemi yaratmaqla xeyli gəncin əlini normal gəlirə çatdırmaq olar. Onda hamının 11 sinfə qədər oxumağına ehtiyac qalmaz, bir hissə 9-cu sinifdən peşəyə yiyələnləyə gedər.
Son vaxtlar "Təhsil haqqında" model qanundan irəli gələn digər qanunların da qəbulu istiqamətində atılan addımları müsbət qiymətləndirməklə yanaşı,“Orta Təhsil” və “Ali Təhsil” haqqında və digər qanunların da hazırlanmasının sürətləndirlməsini zərur hesab edirik. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO