Azərbaycan İdeyası

ALLAHYAR AĞAYEVİN ALLAHSIZ ƏMƏLLƏRİ

Tarix:28-11-2017, 16:35
Baxış Sayı:565



Bakı şəhəri Ələt qəsəbəsi Füzuli küçəsi ev 33 mənzil 27 ünvanda yaşayan Qocayev Rəşad Ramiz oğlu "Azərbaycan Dəmir Yolları" QSC-nin Ələt qəsəbəsində yerləşən deposunda işləyib. Rəşadın atası Ramiz Qocayev vəfat etməmişə qədər həmin Depoda uzun müddət işləmişdir. Rəşad Qocayev Depoda işlədiyi dövrdə Deponun rəhbəri Allahyar Ağayevin təyin etdiyi növbə rəisinin vasitəsiylə ondan hər reysə 500 manat rüşvət istəmişdir.
Depo rəhbəri olan Allahyar Ağayev yük qatarının texniki təminatı üçün nəzərdə tutulmuş qatarların Depoda durarkən qatar mühərrikinin arada işlədilib mühərrikinin xarab olmaması üçün dövlətdən ayda nəzərdə tutulan 500 litr alınan solyarka mənimsənilərək təyinatı üzrə istifadə olunmayıb. Eyi zamanda yük qatarlarının dövlətdən aldığı frionları da mənimsəyib yük qatarlarına nəzarət edən Rəşad Qocayev kimi işçilərilə həmin frionları işçilərin öz hesabına aldırmış və işçiləri vadar edirmiş ki, yükü daşınan vətəndaşlardan həmin frionları satıb Allahyar Ağayevə verilən pulları çıxarsınlar. Yəni, Allahyar Ağayev nəğd şəkildə vətəndaşlarla təmasa girmədən işçilərindən frionları aldırırmış və işçilərinə ona verilmiş pulu vətəndaşlardan sonradan almağa vadar edirmiş. Bu sistemlə Allahyar Ağayev dövlətin əmlakını mənimsəyib sataraq faydalanırdı. Bu haqda Qocayev Rəşad növbə rəhbərinin frionun ona verildiyi və frionun pulunun ondan tələb edilməsi barədə səs yazması var. Lakin həmin ərəfələrdə Rəşad Qocayevin atası vəfat etmiş və Rəşad Qocayev növbə rəisi tərəfindən ona verilmiş frionun pulunu vaxtında onlara çatdıra bilməmişdir. Rəşad Qocayev ondan növbə rəhbəri tərəfindən pul tələb edildiyini və hüznlə əlaqədar pulu olmadığını Depo rəhbəri olan Allahyar Ağayevə məlumat verməyinə baxmayaraq Allahyar Ağayev tərəfindən heç bir tədbir görülməyərək əksinə özü təqiblərə məruz qalmışdır. Belə ki, Rəşad Qocayev 5/6060 saylı vaqon təhvil-təslim etməsinə baxmayaraq sonradan ona iddia etmişlər ki, guya vaqonda hansısa detal çatışmır. Onda sual çıxır: Əgər vaqonda nəsə çatmırdısa, nə üçün məsul işçilər təhvil-təslim aktına qol çəkmişdilər?
Rəşad Qocayev Depo rəhbəri olanAllahyar Ağayev başda olmaqla ona qarşı təzyiqlər göstərərək "Yutub" internet saytı vasitəsiylə bu hadisələri ictimailəşdirmişdir. Lakin bundan sonra Allahyar Ağayev və onun həmin Depoda olan qohumları tərəfindən daha da təzyiqlərin gücləndiyini görmüşdür. Belə ki, 12.05.2017-ci il tarixdə Depo rəhbəri lan Allahyar Ağayev iclas adıyla Rəşad Qocayevi çağırmış və Depoda baş verən qanunsuzluqları ictimailəşdirdiyi üçün onu təhqir etmişdir. Həmin zaman Rəşad Qocayev onu təhqir etməməsini və Allahyar Ağayevin səsini telefona yazdığını desə də, Allahyar Ağayev "heç kimdən qorxmuram, sən bilmirsən mən kiməm" sözlərini deyərək rəhbərlik etdiyi Depoda işləyən qohumlarıyla bərabər Rəşad Qocayevin əlindən telefonu almağa çalışmışlar və onu döyərək xəsarət yetirmişlər. Bu haqda Rəşad Qocayev qeydə aldığı səs yazılarını internetdə yerləşdirmiş, döyülməsi barədə təcili tibbi yardım xidmətinə müraciət etmişdir. Rəşad Qocayev döyülməsi ilə bağlı polisə də rəsmi şəkildə müraciət etməsinə baxmayaraq heç bir araşdırılma aparılmamış və hətta ona xəsarət alıb-almamasını yoxlamaq üçün Məhkəmə - Tibb Ekspertizasından keçməsi üçün də göndəriş verməmişlər. Polis və prokurorluğun döyülmə faktını araşdırmaması ona dəlalət edir ki, Allahyar Ağayevin bu orqanlarda böyük nüfuzu var və bu da onun barəsində olan şikayətlərin araşdırılmadan bağlanılmasına gətirib çıxarmışdır. Rəşad Qocayev yuxarı orqanlara müraciət etməsinə baxmayaraq, sonradan ona məlum olmuşdur ki, onu işdən azad ediblər. Bu haqda Rəşad Qocayev hüquqlarını müdafiə etmək üçün yuxarı orqanlara müraciət etdikdən sonra "Dəmir Yolları" QSC-də guya ki, qeyd olunan faktların araşdırılması üçün komissiya yaratmışlar. Həmin zaman Rəşad Qocayevin nümayəndəsi olaraq mən də həımin komissiyanın iclasında Rəşad Qocayevlə birgə iştirak etdim. Orada Rəşad Qocayevin qeyd olunan korrupsiya faktlarını ictimailəşdirdiyi üçün real işdən azad olunduğunu və Depo rəhbərinin guya ki, başqa uydurma səbəbi ilə işdən azad edilməsinin yalan olduğunu sübut etmişdik. Komissiya üzvlərinə orada suallar verməyimə baxmayaraq həmin suallarıma cavab alıa bilməmişdim. Komissiya üzvlərinə verdiyim "niyə rüşvət istəyən şəxs töhmətlə kifayətlənib, rüşvət istənilən günahsız insan işdən azad edilib" - suallarım cavabsız qalmışdır. Bir də əgər Rəşad Qocayev işə gəlmirdisə, nə üçün bu haqda barəsində Depo rəhbərliyi tərəfindən intizam tənbehləri görülməyib və işə gəlməməsi barədə həmin zaman heç bir sənədləşmə aparılmayıb. Lakin Depoda olan korrupsiya faktları, özbaşınalıqlar barədə məsələ ictimailəşəndən sonra Depo rəhbəri olan Allahyar Ağayevin yadına düşüb ki, 8 ay öncə Rəşad Qocayev bir neçə dəfə işə gəlməyib və bunları Rəşad Qocayevin müraciətlərindən sonra arxa tarixə sənədləşdirib. Açıq-aydın görünür ki, bunların hamısı iftiradan başqa bir şey deyil. Rəşad Qocayevin müraciətləri əsasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri olan Cavid Qurbanovun yaratdığı komissiya da işi obyektiv araşdırmayaraq, hansısa məqsədlər güdərək əldə olunan sübutlara əhəmiyyət verməyib Allahyar Ağayevi müdafiə etmişlər. Həmin komisssiya üzvləri heç bir yerə müraciət etməməyimizi xahiş edərək Rəşad Qocayevi işə bərpa etdirəcəklərini söz vermişlər. Lakin sonradan məlum olmuşdur ki, komissiya üzvləri verdikləri qərardan şikayət etməməyimizçün bizi aldatmışlar. Həmin komissiya guya ki, apardıqları araşdırma zamanıə korrupsiya faktının aşkar olmaması barədə qərar qəbul etmişdir. Halbuki, kifayət qədər bu haqda dəlil var. Bununla bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyimizə baxmayaraq onlar yazdığımız müraciətləri "Dəmir Yolları" QSC-nə göndərir ki, rüşvət alıb-almadığınız barədə özünüz özünüzə hüquqi qiymət verin. Çox maraqlı bir haldı ki, görəsən, hansı rüşvətxor və korrupsioner öz səhvini qəbul edib özü-özünü ifşa edəcək və könüllü özü-özünü cəzalandıracaq. Belə olan halda onda nə üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsi var, əgər onlar bu cür korrupsiya hallarını araşdırmırsa...

Hacıyev İlham Niyaz oğlu,
Qocayev Rəşad Ramiz oğlunun nümayəndəsi [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO