Azərbaycan İdeyası

Eldar Mahmudovun üzünə duran generala hökm oxundu - 10 il 6 ay, sökülən rütbə, alınan var-dövlət

Tarix:30-11-2017, 14:29
Baxış Sayı:1 598

 Eldar Mahmudovun üzünə duran generala hökm oxundu - 10 il 6 ay, sökülən rütbə, alınan var-dövlət

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib.
Həmçinin, təqsirləndirilən şəxslərin hərbi rütbələrinin alınması barədə ölkə prezidentinə təqdimat göndərilib.
Zərərçəkmiş şəxslərin heç birinin mülki iddiası təmin edilməyib.
DTX-ın təqsirləndirilən şəxslərə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiası təmin edilib.
Elçin Quliyev və Azər Mehdiyevin əmlakları dövlət xeyrinə müsadirə edilib.
Məhkəmədə MTN-nin Binəqədi rayon şöbəsini sabiq rəisi, polkovnik leytenant Rafiq Səfərovun əmlakı ilə bağlı da qərar qəbul edilib.
Rafiq Səfərovun Mərdəkan qəsəbəsində yerləşən, dəyəri 250 min manat olan əmlakı müsadirə edilib.
Qeyd edək ki, Rafiq Səfərov general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə şahid qismində dindirilib.
Hazırda Rafiq Səfərovun barəsində cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.
Rafiq Səfərov azadlıqdadır. O, sahibkar Sahib Qurbanovdan hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilir.


**
11:14
Bu gün Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmədə hökm elanı başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə müşavirədən qayıdıb.
Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı prosesdən qabaq yoxlanılıb.
Hökmə təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb.
Jurnalistlər zala buraxılmayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb