Azərbaycan İdeyası

Polis adına ləkə gətirən RƏHİMOV qardaşları

Tarix:29-01-2018, 16:22
Baxış Sayı:258




Korrupsiya.Az-a Göyçay rayonu H.Əliyev küçəsi ev 112 sakini Mayılov Zabit Sabir oğlu tərəfindən şikayət məktubu daxil olub. Həmin məktubu nəzərinizə çatdırırıq:



ŞİKAYƏT MƏKTUBU

Mən mətbuat vasitəsi ilə hörmətli və ədalətli nazir cənab Ramil Usubova müraciət edirəm.Hörmətli Nazir sizin əməyiniz nəticəsində Azərbaycan polisi nümunəvi olmuş asayişin keşiyində dayanaraq sabitliyi əldə etmişdir.Ancaq çox təssüf olsun ki, polis sıralarında təsadüf adamlarda var ki, onların dələduzluqlarına görə insanlar əziyyət çəkirlər.Bunlardan iki nəfər polis paqonu daşıyan Göyçay rayon Cəyirli kənd sakinləri Ruslan və Aslan Rəhimov qardaşlarıdırlar.Ruslan Rəhimov Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin rəis müavini, Aslan Rəhimov isə Abşeron Rayon Polis Şöbəsində polis serjantı vəzifəsində işləyir. Bu iki qardaş polis əməkdaşları arxada gizlənib analar Sveta Rəhimovanı irəli verib borc adı ilə bir neçə nəfərdən pul alıb dələduzluq yolu ilə onları aldadıblar.Bu polis qardaşlarının aldatdıqları adamlardan biridə mənim həyat yoldaşım Abbasova Şəmsiyyə Binnət qızıdır..Eşitdilər ki, avtomobilimi satmışam pulum var analarını göndərdilər ki, Aslana toy edirik bizə 9200 manat borc pul ver toydan sonra verərik.Həyat yoldaşım Şəmsiyyə Allah borcu olaraq onlara 9000 manat pul verdi.Pulu alanda həttda polis zabiti Ruslanın təklifi ilə anaları Sveta Rəhimova həyat yoldaşımdan 9200 manat borc pul alıb yanvarın axırında qaytaracağına dair qəbz kimi kağıza yazıb bizə verdi.Polis serjantı Aslanın toyunda iştirakda etdik.Ancaq onlar toydan sonra bizim pulumuzu vermədilər və bəhanə kimi gətirdilər ki, pulu sizdən anamız alıb onu evdən qovmuşuq gedin pulunu ondan istəyin. Ancaq onlar analarını evdən qovmayıblar sadəcə oyun-oynayıb bəhnə gətirib bizi başdan edirlər. Daşıdıqları poqona ləkə gətirən dələduzlardan polis olmaz.Öz doğma analarını irəli verib insanların etibarından sui-istifadə edib aldadıb pulunu alan polis qardaşlarının əməli dələduzluq cinayətidir. Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət edib xahiş edirəm analarını irəli verib etibarımızdan sui-istifadə edib 9200 manat pulumuzu alıb dələduzluq etmiş Qəbələ RPŞ-nin DYPB-nin rəis müavini Ruslan Rəhimovun və onun qardaşı Abşeron RPŞ-nin polis əməkdaşı Aslan Rəhimovun barəsində qanuna müvafiq tədbirlər görəsiniz. Biz Sizin obyektivliyinizə inanırıq.

Əlaqə telefonum; (051) 794-87-00

İmza; Mayılov Zabit Sabir oğlu Göyçay rayonu H.Əliyev küçəsi ev 112 sakini


[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.