Azərbaycan İdeyası

Pensiyasından narazı olan hakim məhkəməyə müraciət etdi

Tarix:10-04-2018, 14:23
Baxış Sayı:620

  Pensiyasından narazı olan hakim məhkəməyə müraciət etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Kəlpəli oğlu Orucov pensiyasının miqdarından narazı olduğuna görə, məhkəməyə müraciət edib.
Korrupsiya-q.az-ın məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sabiq hakimin işinə hakim Şərafət Məmmədova sədrlik edəcək.
Qeyd edək ki, hakimin işində cavabdeh tərəf kimi Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsi tanınıb.
Şikayətçiyə gəldikdə isə, Azər Orucov bu ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Onu da bildirək ki, Azər Orucov Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işlədiyi dövrdə bir çox məşhur cinayət işlərinə sədrlik edib.
Qeyd edək ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır.
Məlumat üçün bildirək ki, hazırda Azərbaycan Məhkəmə Sisitemində 554 hakim fəaliyyət göstərir, 76 hakim yeri isə boşdur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb