Azərbaycan İdeyası

Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi (FOTO)

Tarix:13-04-2018, 13:29
Baxış Sayı:545

   Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi (FOTO)

Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel Prezident seçkilərində iştirak etməyib.
Korrupsiya-q.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, nazir Oqtay Şirəliyev Səbail rayonu, Bülbül prospekti 11 ünvanında qeydiyyatda olduğu ərazi üzrə 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsində səs verməli olsa da, o seçici hüququndan istifadə etməyib.
Məsələ ilə bağlı Unikal.org saytı 29 saylı Səbail seçki dairəsinin 7 saylı seçki məntəqəsinin sədri İmran Cəmiyevlə əlaqə saxlayıb.
O, 11 apreldə keçirilən prezident seçkilərində Oqtay Şirəliyevin iştirak etmədiyini təsdiqləyib: “Oqtay Şirəliyev bizim məntəqədə qeydiyyatdadır. Mən məntəqə bağlanana qədər Səhiyyə nazirini görmədim. O, prezident seçkilərində seçki hüququndan istifadə etməyib”.
Baxmayaraq ki, ölkədə keçirilən prezident seçkilərində Prezident Administrasiyasının nüfuzlu şəxsləri və ayrı-ayrı nazirlər ölkəmizdə keçirilən Prezident seçkilərində iştirak edərək, cənab Prezident İlham Əliyevə səs verdiklərini, onun siyasətini dəstəklədiklərini açıqlamışdılar. Bu da o anlama gəlir ki, nazir Oqtay Şirəliyev seçkilərdə səsvermə hüququndan istifadə etməməklə, həm də Cənab Prezident İlham Əliyevə səs verməyib.   Oqtay Şirəliyev seçkilərdə İlham Əliyevə səs vermədi (FOTO) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb