Azərbaycan İdeyası

Azay Quliyev seçki kampaniyasına yekun vurdu

Tarix:30-10-2015, 17:14
Baxış Sayı:354

8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev bu gün seçki kampaniyasına qərargah üzvləri və fəalları ilə keçirdiyi geniş toplantı ilə yekin vurub. Lent.az-ın məlumatına görə, tədbiri açan Seçki Qərargahının rəhbəri Asif Əsgərli 9 oktyabrdan indiyədək aparılan təbliğat-təşviqat kampaniyasının gedişatı haqqında ətraflı danışıb. Eyni zamanda, seçki günü müşahidəçilər və fəalların fəaliyyəti, ərazidəki qərargahların iş rejimi haqqında təlimatlarla iştirakçıları tanış edib.
Seçki Qərargahının hüquqşünası Hafiz Həsənov seçki günü müşahidəçilərin məntəqələrdə davranışı, hüquq və vəzifələri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddəalar barədə məlumat verib.
Deputatlığa namizəd Azay Quliyev çıxışında Seçki Qərargahının işindən razılığını bildirərək, vəkillərə, qərargah üzvləri və fəallarına təşəkkürünü çatdırıb: “Qeyd etmək istəyirəm ki, biz təbliğat-təşviqat kampaniyası üçün ayrılmış müddətdən maksimum istifadə edə bildik. 9 oktyabrdan başlayaraq intensiv görüş və tədbirlər təşkil etməklə demək olar ki, seçki dairəsinin bütün seçicilərini əhatə etdik. Seçiciləri maraqlandıran, narahat edən məsələləri diqqətlə dinlədik, qeydə aldıq və onların həlli istiqamətində atacağımız addımlar barədə məlumat verdik. İndi söz seçicinindir”.
Azay Quliyev keçirilən bütün görüşlərdə seçicilərin sevgisi, inam və etimadı ilə qarşılaşdığını vurğulayıb: “Seçicilərin bu dəstəyi bizim noyabrın 1-də əldə edəcəyimiz parlaq qələbənin əsasını təşkil edəcək. Göstəriləcək etimad və inam mənim üçün həm də böyük bir məsuliyyətdir. Mən bu məsuliyyəti bütün ağırlığı ilə qəbul etməyə və üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə hazıram ”.
Çıxışının sonunda A. Quliyev qərargah üzvlərini seçki günü qanunlara ciddi əməl etməyə çağırıb və onlara bu işdə uğurlar arzulayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı