Azərbaycan İdeyası

Natəmiz binalar...

Tarix:18-04-2018, 13:54
Baxış Sayı:7 990

 Natəmiz binalar...

Sakinlər hansı məsuliyyət daşıyırlar

Azərbaycanda artan tikinti bumu ölkənin simasını tamamilə dəyişdirib. Demək olar ki, respublikanın bütün bölgələrində yeni, müasir binaların inşaa edilməsinin şahidi oluruq. Xüsusən, çoxmərtəbəli yaşayış binalarının tikintisi ölkəyə yeni görkəm verməklə yanaşı, vətəndaşların mənzil problemlərinin həllində də əhəmiyətli rol oynayıb. Məsələ orasındadır ki, çoxmərtəbəli yaşayış binalarının artımı özü ilə əlavə problemlər gətirib. Bu problemlər daha çox sakinlərin sözügedən binalarda yaşayış və istifadə qaydaları ilə bağlıdır. Bəzi vətəndaşlar müəyyən edilmiş qaydalara riayət etmədiyindən ya ərazinin zibillənməsinə səbəb olur, ya da ümumi əmlakdan istifadə məsələlərində bina sahibi ilə sakinlər arasında anlaşılmazlıqlar yaranır. Bəs, yaşadığı binanın ümumi əmlakından (lift, pilləkənlər, zirzəmi,dam örtüyü və.s) düzgün istifadə etməyən və onu natəmiz saxlayan sakinlər qanunvericiliklə hansı formada məsuliyyətə cəlb olunurlar? Hüquqşünas Alim Hüseynli bildirib ki, bu məsələ İnzabati Xətalar Məcəlləsi ilə tənzimlənir. İXM-nin 393-cü maddəsinə əsasən, yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə isə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla yanaşı, Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
Məlum olduğu kimi hazırda çoxmərtəbəli yaşayış binaları yeni qayda ilə idarə olunur. Təəssüf ki, əksər hallarda vətəndaşlar ya bu prosesdə maraqlı olmurlar, ya da binanın idarəçilik qaydaları barəmə məlumatsız olurlar. Hüquqşünas qeyd edib ki, Mənzil Məcəlləsinə əsasəm yeni binalar əsasən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri tərəfindən idarə olunur. Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Yaradılması nəzərdə tutulan MMMC-nin qeyri-kommersiya qurumu kimi dövlət qeydiyyatına alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Təsis olunacaq MMMC-nin dövlət qeydiyyatından keçməsi üçün tələb olunan sənədlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən olunub. Onun bildirdiyinə görə, Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin yaradılması üçün bir sıra əsaslar tələb olunur. Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanı olmaqla, çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi, eləcə də Mənzil Məcəlləsi ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Eyni zamanda, Məcəllənin 141.2-ci maddəsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin binanın idarə edilməsi məqsədilə üç idarəetmə üsulundan (- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə) birini seçməyə borclu olduğu müəyyən olunmuşdur. Bununla yanaşı, Məcəllənin 109.5-cü maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mənzil Məcəlləsi, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya MMMC-yə çevrilməlidir: "Mənzil Məcəlləsinin 120.2-ci maddəsinə əsasən MMMC ən azı iki mənzilin yerləşdiyi binaların, ən azı bir mənzil və digər mülkiyyətçiyə məxsus bir qeyri-yaşayış sahəsi olan binaların, sahələri çoxmənzilli binanın müxtəlif (ikidən az olmayan) sahə mülkiyyətçilərinə məxsus olan, ümumi torpaq sahəsində və ya bir neçə qonşu torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə çoxmənzilli binanın, ümumi torpaq sahəsində və ya bir neçə qonşu torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə yaşayış evlərinin sahə mülkiyyətçiləri tərəfindən yaradıla bilər. Eləcə də, Məcəllənin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər mənzil qanunvericiliyinə uyğun MMMC yaratmaq hüququna malikdirlər". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb