Azərbaycan İdeyası

Hüseyn Bağırov kollektivlə vidalaşdı

Tarix:23-04-2018, 15:03
Baxış Sayı:781

 Hüseyn Bağırov kollektivlə vidalaşdı

Məlum olduğu kimi, prezident İlham Əliyev aprelin 21-də hökumətin yeni tərkibini təsdiqləyib. Kabinetdə indiyə qədər nazir postu tutan bir çox şəxslər yer almayıb. Onların yerinə hələ ki, təyinat olmasa da, həmin şəxslərin çalışmayacaqları dəqiqdir. Köhnə nazirlərdən bir çoxunun başqa sahələrdə vəzifə tutacağı gözlənilsə də, bəzilərinin isə artıq hökumətdə təmsil olunmayacağı bildirilir.
Korrupsiya-q.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən nazirlərdən biri də Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovdur. O, bir neçə saat əvvəl kollektivlə görüşərək vidalaşıb. Sabiq nazir əməkdaşlara gələcək fəaliyyətlərində uğur arzulayaraq dövlətin bütün tapşırıqlarını yüksək səviyyədə yerinə yetrməyi tövsiyə edib.

Məlumatlara görə, Bağırov səhhətindəki problemlərlə əlaqədər məhsuldar fəaliyyət göstərə bilməyəcəyini açıqlayıb.

Onu da əlavə edək ki, yeni kabinetdə təyinat həyata keçirilməyən nazirliklərlə bağlı böyük bir hökumət planı mövcuddur. Bu sahədə ciddi struktur islahatların aparılmasına başlanılıb. Məhz həmin qurumlara nazir təyinatının baş tutmaması da aparılan islahatlarla bağlıdır.

Dəqiq açıqlanmasa da, bir çox dövlət qurumlarının ləğv olunacağı, oxşar sahələri əhatə edənlərin isə birləşdiriləcəyi gözlənilir.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO