Azərbaycan İdeyası

Hüseyn Abdullayev hardadır? -Onu təcridxanaya aparan səbəb nədir?

Tarix:26-04-2018, 11:07
Baxış Sayı:7 955

  Hüseyn Abdullayev hardadır? -Onu təcridxanaya aparan səbəb nədir?

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən “Quska” ləqəbli biznesmen, sabiq deputat Hüseyn Abdullayev ətrafında gedən proseslər səngimək bilmir. Hər gün onunla bağlı yeni-yeni detallar üzə çıxır.

Korrupsiya-q.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Azərbaycana gətirildiyi gündən onun haqqında tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilsə də, bunun tam əksi baş verib. Aprelin 24-də H.Abdullayevin Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum olub. Məhkəmə önünə çıxarılmadan təcridxanaya köçürülməsi və bunun ictimaiyyətdən gizli saxlanılması çoxsaylı suallar doğurub. Hər kəsə bəllidir ki, bir şəxs barəsində həbs qətimkan qərarı seçilmədən o şəxs təcridxanaya köçürülə bilməz. O zaman bir sual meydana çıxır.

“Quska”nı Bakı İstintaq Təcridxanasına aparan səbəb nədir?

“Quska” məhkəmə önünə çıxarılmayıb, onu istintaq təcridxanasına aparan yol 2007-ci ildən keçir. 11 il öncə deputat həmkarı Fəzail Ağamalı ilə parlamentdəki məlum qarşıdurmasına görə həbs edilərək, iki il azadlıqdan məhrum edilən H.Abdullayevin həmin cəzası bərpa olunub. O 2012-ci ildə ölkəni tərk edib Almaniyaya getdikdən sonra haqqında 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) ilə cinayət işi açılarkən belə bir qərar da verilib ki, həbs edildikdə 2007-ci ildə aldığı cəzanın qalan hissəsini çəkməyə davam etsin, paralel olaraq, vergidən yayınma maddəsi ilə ittiham olunsun. Məhz bunlar əsas tutularaq, sabiq deputat Azərbaycana gətirilib, iki gün Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirildikdən sonra Kürdəxanı qəsəbəsindəki təcridxanaya köçürülüb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO