Azərbaycan İdeyası

Quskanın istintaqa verdiyi qara siyahı - Sensasion adlar

Tarix:2-05-2018, 12:26
Baxış Sayı:262

 Quskanın istintaqa verdiyi qara siyahı - Sensasion adlar

Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, "Quska" ləqəbli Hüseyn Abdullayevin cinayət işi üzrə istintaq davam edir.Musavat.com-un xəbərinə görə, yeni vergi cinayəti ittihamları H.Abdullayev üçün gözlənilməz olub.Yada salaq ki, ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmaqda və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək, 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr olduğundan H.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilib. Bu ittihamlarla 12 il azadlıqdan məhrum edilməsini gözə alan H.Abdullayevin artıq istintaqla əməkdaşlığa razılaşdığı barədə ilginc xəbərlər var. Onun həbsdə çox qalmamaq üçün hər şeyə hazır olduğu deyilir.Bildirilir ki, H.Abdullayev Avropadakı "söyüş müxalifəti"nin həm xaricdəki, həm də Azərbaycandakı "kurator"ları barədə bildiklərini danışmağa razılaşıb. Bu kuratorlardan birinin Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasov olduğu deyilir. Bu barədə yerli mediada yazılıb. Hətta H.Abdullayevin hazırda əsasən Türkiyədə yaşayan A.Abbasovla əlaqələrinin deşifrə olduğu iddia olunur. Onların bir neçə dəfə görüşdüyü isə tutarlı dəlillərlə sübut edilib. Güman etmək olar ki, mənbəmiz "tutarlı sübutlar" dedikdə videolar və telefon danışıqlarını nəzərdə tutur.
Maraqlıdır ki, H.Abdullayevin həbsindən bir neçə gün əvvəl A.Abbasov qəfil Türkiyəni tərk edib və Moskvaya gedib. Yəni Azərbaycan hüquq-mühafizə orqanları türkiyəli həmkarları ilə əməliyyat hazırlıqlarında olarkən A.Abbasov qəfil ortadan yoxa çıxıb. Bu isə H.Abdullayevin əlaqələrindən xəbərdar olan yaxın çevrəsində satqınlıq kimi qiymətləndirilib. İttihamlar da məhz bu səbəbdən indi əsasən H.Abdullayevi "qızışdıran" sabiq vitse-premyerə yönəlib. Güman edilir ki, Quska A.Abbasov və digər "iqtidar süfrəsindən qovulmuşları" qorumaq fikrində deyil. Çünki H.Abdullayevin uzun həbsxana həyatına dözəcək iradəsi yoxdur.
H.Abdullayevin mühacirətdə rahat yaşamaq istədiyini, amma "məni hakimiyyətlə onlar düşmən etdilər" deyib, bəzi adlar çəkdiyi söylənilir. Qeyd edək ki, iqtidara dönüklər sırasında Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simanın da adı hallanır ki, istintaqda bu istiqamətdə də müəyyən araşdırmalar davam edir. H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.
Bildirilir ki, H.Abdullayevin cinayət işini qeyri-rəsmi olaraq iki qrup aparır. Birincilər onun siyasi fəaliyyətini, bəzi müxalifət liderləri ilə təmaslarını və Bakıdakı uzantılarını, digər istintaqçılar isə vergi cinayətlərini araşdırır.
Məlumata görə, Quska əvvəllər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyindəki generalitetlə yaxınlığı da istintaqın maraq dairəsindədir. H.Abdullayevin Eldar Mahmudovun MTN-ə rəhbərliyi dövründə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi yeni xəbər deyil. Amma belə güman etmək olar ki, indi istintaqı H.Abdullayevin ovaxtkı keçmişi deyil, MTN çetesi dağıdılandan sonrakı mərhələdəki "əməkdaşlıq çevrəsi" maraqlandırır. Əgər iddialar doğrudursa, yəni iqtidara qarşı "sabiqlərin xain ittifaqı" yaranıbsa və onlar hər cür rəzilliyə qol qoyublarsa, bu təkcə H.Abdullayevin həbsi ilə yekunlaşmayacaq. H.Abdullayev bu xain çeteni çökdürmək üçün açar fiqur rolunu oynayır və qarşıdakı günlərdə sensasion həbslər gerçəkləşə bilər.
Mənbə bildirir ki, Quskanın qara siyahısında vaxtilə maliyyə-bank sektorunda at oynadan, sonradan vurularaq sıradan çıxarılan, buna görə də intiqam hissi ilə alışıb-yanan bəzi avantüristlər də var. Hansı ki, onların adları zaman-zaman radikal müxalifətin əsas simaları ilə gizli iş birliyində hallanıb.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb