Azərbaycan İdeyası

QAYINANA MAAŞ KARTI ÜSTÜNDƏ GƏLİNİNİ BOŞATDIRDI

Tarix:4-07-2018, 14:33
Baxış Sayı:385



İnsan cəmiyyətini ailəsiz təsəvvür etmək qeyri mümkündür. Ailənin mövcudluğu tarixən bioloji və sosial səbəblərlə şərtlənmişdir. Ona görə də ailə istənilən ictimai sistemin mühüm elementi kimi qəbul edilmiş, dövlət ailə məsələlərinin hüquqi tənzimlənməsindən imtina edə bilməmişdir. Amma nə etmək ki, ailənin ömrü həmişə insanın ömründən qısa olmuşdur. Bəzən insanlar yaşadıqları həyatı dövründə bir, iki, üç və daha çox ailə münasibətlərinə daxil olsalar da, ailəni – kiçik dövləti idarə etməkdə bacarıq və qabiliyyətləri çatmır. Necə deyərlər, nikahın, ailənin məsuliyyətini anlamayan cütlüklər qısa müddətdən sonra məhkəmələrə üz tuturlar. “Utanmasan oynamağa nə var ki, ?” zərb məsəlinə rəğmən ailə qurmazdan öncə hər iki tərəf yüz ölçüb bir biçməlidir ki, gələcəkdə peşmançılıq olmasın.
Təbii, heç kim “daha bir yerdə yaşamaq mümkün deyil” situasiyasına düşməkdən sığortalanmayıb. Amma, ilk öncə nikahın pozulması təşəbbüsünə kişi bulunarsa düşünməlidir ki, bacısı var, qızı var. Hər xırda, sosial, həzm olunmayan çətinliklərə görə ailə deyilən kövrək ağacı qırıb atmaq birgə taleyə güllə atmaq kimidir.
Birgə ittifaqın pozulması səbəbləri sırasında “xasiyyətlərin uyğunsuzluğu” ilk yeri tutur. Ailə daxili zorakılıqlar, sonsuzluq, ailə xəyanəti, spirtli içkilərə aludəçilik, narkomanlıq, xəstəliklə bağlı boşanmalar da xüsusi çəki təşkil edir. Qadınların iqtisadi və sosial baxımdan kişidən asılı vəziyyətdə qalması boşanmaya imkan verən problemlərdəndir. Ailədəki büdcənin maddi tələbatın ödənilməsinə cavab verməməsi, aztəminatlı və gənc ailələrə sosial müavinətin ailənin bazar səbətinə uyğun ödənilməməsi qadınları bir və ya iki uşaqla boşanmasına zəmin yaradır.
Şirvan şəhəri, Energetik küçəsi, ev 9, mənzil 40 ünvanda qeydiyyatda olan və hazırda Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 1, mənzil 48 ünvanda müvəqqəti yaşayan Məmmədova Məlahət Polad qızı redaksiyamıza yazdığı ərizəsində ilk öncə məlumat verir ki, 27.07.2014-cü il tarixdə Məmmədov İlkin Nazim oğlu ilə ailə qurmuşdur. Bu evlilikdən qız övladları - Məmmədova Gülay İlkin qızı 08.04.2015-ci ildə dünyaya gəlmişdir.
Məlahət xanım yazır ki, 16.05.2016-cı il tarixdə qaynanası Məmmədova İlhamə onu 130 manat məvacibi olan işə düzəltmiş, maaş kartını əlindən almış, 10.10.2017-ci ilədək pulu bankomatdan özü çıxararaq ona verməmişdir. Həmçinin, 01.01.2017-ci ildən az təminatlı ailə olaraq hökumətə müraciət edib ünvanlı sosial yardım almağa başlayıblar. 109 AZN təşkil edən sosial yardımı almaq üçün verilmiş plastik kartı da qaynanası əlahətin əlindən almışdır.
Məlahətin sözlərinə görə, həyat yoldaşı musiqiçi imiş, onun da toylarda qazandığı pulu anası İlhamə Məmmədova əlindən alırmış. Buna baxmayaraq, ailə başçısı statusunda gedən İlhamə Məmmədova gəlininin və nəvəsinin ehtiyacları üçün pul xərcləmək istəməmişdir: "10.10.2017-ci ildə maaş kartımın istifadə müddəti bitdikdə yenilənməyə verdim və yenilənəndən sonra daha onu qaynanam İlhamə Məmmədovaya verməmək qərarına gəldim. Onfdan xahiş etdim ki, kart özümdə qalsın, zəruri ehtiyaclarımı ödəmək üçün. O isə mənim istəyimlə razılaşmayaraq ailə daxilində problemlər yaradaraq söz-söhbət saldı. Bu problemlərdən cana doyub nəhayət, 17.10.2017-ci il tarixdə övladımı da götürüb evdən çıxdım, Bakıya ata evimə qayıtdım... Gəldiyimdən 4 ay sonra 27.02.2018-ci ildə şirvan şəhər Məhkəməsindən zəng çalaraq bildirdilər ki, Məmmədov İlkin Nazim oğlu nikahın ləğvi ilə əlaqədar məhkəməyə müraciət edib. Bu aylar ərzində keçmiş həyat yoldaşım uşağı əlimdən alacağı ilə hədələyirdi. İlkin Məmmədovun dediyinə görə, artıq mənim iştirakım olmadan birinci məhkəmə olub. Ər evindən çıxıb gələrkən özümlə heç bir zinət və məişət əşyasını götürməmişdir".
Məlahət Polad qızı gəlin köçdüyü evdə yaşamaq hüququnun təsbit olunması, keçmiş ərinin qazancından aliment kəsilməsi və gəlinliyində alınan zinət əşyaları komplektini (üzük, sırğa, qolbaq, sinəlik kolye) geri almaq üçün hüquqi müstəvidə mücadilə aparmağa qərar verib. Eyni zamanda, haqq işində cəmiyyətin dəstəyini qazanmaq üçün redaksiyamızdan problemi ictimailəşdirməyi xahiş etmişdir.
Yalan dünyada həqiqət daha güclü olmalıdır. İnsan özünə xas dəyərlərin qədrini, bu günün yeni və mütləq ideyaların lakomotivi olduğunu bilməlidir. Həyat hər an hər birimizi etibarsızlığa, etimadsızlığa və xəyanətə sürüklərkən özümüzdə güc toplayıb ona “yox” deməyi bacarmalıyıq. Özünütəsdiq yalnız bu proseslərə zidd olanlara qarşı durmağı bacarmaqdır. Çox istərdik ki, Məmmədovlar ailəsinin dağılmaması üçün imkanlar hələ tükənməmişdir.

Ceyhun Dadaşov
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı