Azərbaycan İdeyası

BOŞANMA BİR PROBLEM, ALİMENT VƏ ƏMLAK BÖLGÜSÜ ONDAN DA BÖYÜK PROBLEM

Tarix:4-07-2018, 15:22
Baxış Sayı:308




Ərlə arvad arasında əmlak münasibətləri əsasən Ailə Məcəlləsi ilə tənzimlənir. Həmin məcəllənin 32-ci maddəsinə əsasən “nikah müddətində ərlə arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır”. Qeyd edək ki, ərlə arvadın ümumi birgə mülkiyyətinə aşağıdakılar daxildir: 1) onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiyalar və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
2) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələri və s. Kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.
Ailə hüququ nöqteyi-nəzərindən bu və ya digər əmlakı ər-arvadın ümumi birgə əmlakına daxil etmək üçün aşağıdakı hallar müəyyənedici əhəmiyyət kəsb edir və nəzərə almaq lazımdır:
1) əmlakın ər-arvad tərəfindən birgə nikah dövründə onların ümumi vəsaitləri hesabına əldə edilməsi;
2) əmlakın hər iki tərəfin mülkiyyətinə birgə nikah dövründə daxil olması (əvəzsiz əqdlər);
3) nikah dövründə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s. ).
Göstərilən ümumi rejimdən fərqli olaraq, ər-arvad nikah kontraktında və ya öz aralarında razılaşma əsasında ümumi əmlakların digər hüquqi rejimini də müəyyən edə bilərlər.
Qeyd olunmalıdır ki, “əmlak ayrılığı” rejimi işləməyən evdar qadınların vəziyyətini əksər hallarda ağırlaşdırırdı. Bunun qarşısının alınması məqsədilə ayrı-ayrı tarixi dövrlərdə müxtəlif dövlətlərdə müəyyən obyektlər (cehiz və başlıq pulu) üçün xüsusi rejim nəzərdə tutulmuşdur. Nikaha xitam verilməsi halı üçün onların hüquqi taleyi barədə xüsusi qaydalar müəyyən olunurdu. Belə əmlak ölüm və boşanma hallarında qarantiya rolunda çıxış edirdi. Lakinbu institutlar müasir ailə münasibətlərində özünü doğrultmadı. Azərbaycan Respublikasının qanunvericiliyi qadınların, xüsusilə də evdar qadınların hüquqlarının təminatı üzrə əsaslı qarantiyalar nəzərdə tutmuşdur. Belə ki, Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də ümumi əmlak üzərində hüquqlara malikdir.
Laçın rayonundan köçkün düşərək füzuli rayonunun Böyük Bəhmənli kəndində məskunlaşmış Balakişiyeva Ruzgar Əşrəf qızı redaksiyamıza ərizə ilə müraciət edərək, qızı İsayeva Günel Abbas qızının bəxtsizliyindən, tapdanmış hüquqlarının bərpası uğrunda mübarizədə qarşılaşdığı çətinliklərdən şikayətlənmişdir. Yazır ki, qızı Günel 2010-cu ildə İsayev Fehruz Qasım oğlu ilə ailə qurmuş, sonrakı illərdə rəsmi nikahdan iki qız övladları dünyaya gəlmişdir. Ruzgar xanımın sözlərinə görə, qızının qayını İsayev Samiq Qasım oğlu qadaşının ailə işlərinə müdaxilə edərək şantaj yolu ilə onların ayrılmasına səbəbkar olmuşdur. Qeyd edir ki, Samiq psixi xəstəlikdən əziyyət çəkdiyi üçün həqiqi hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmuşdur. ə qədər təzadlı görünsə də, S. İsayev hazırda iki yerdə - Laçın və Tərtər rayonunun orta məktəblərində psixoloq-müəllim vəzifələrində işləyir.
Lakin hal-hazırda boşanmış cütlüyün məhkəmədə çəkişmə mövzusu heç də ayrılmalarına kimin günahkar olması məsələsi deyil, aliment və nigahlarının qüvvədə olduğu, birgə təsərrüfat apardıqları dövrdə əldə edilən əmlakın bölgüsündə yaranan fikir ayrılığıdır. Laçın rayon məhkəməsi 03 aprel 2018-ci il tarixli qətnaməsi ilə İsayeva Günel Abbas qızının İsayev Fehruz Qasım oğluna qarşı qaldırdığı iddia tələbi qismən təmin edilmiş - Günelin 8435 manat dəyərində cehiz əşyalarının cavabdehdən alınaraq qaytarılması qət edilmişdir. Lakin G.İsayeva bu qətnamə ilə razılaşmamış, Qətnamənin qismən - iddianın təmin edilmədiyi hissədə ləğv eilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi üçün apellyasiya şikayəti vermişdir.
Günel iddia etmişdir ki, təkcə cehiz əşyaları deyil, toy ərəfəsində ona qohumları tərəfindən bağışlanmış 12400 manat dəyərində hədiyyə zinət əşyaları birgə nigah dövründə əldə edilmədiyindən tam həcmdə, yəni bölünmədən özünə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi həmçinin birgə nigah dövründə əldə edilmiş müxtəlif adda əmlakları da bərabər paylar müəyyən etməklə bölməmişdir. Bölünməli olan əmlak sırasına 4000 manatlıq 4 baş inək və 12000 manatlıq 60 baş qoyun da vardır. Hesab edir ki, məhkəmə cehiz əmlak hissəsində iddianı təmin etsə də, qızıl-zinət əşyaları və qalan əmlak hissəsində iddianı qanunsuz və əsassız olaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi işə qiymət verərkən guya belə qənaətə gəlmişdir ki, iddiaçı iddia tələbində qeyd etdiyi qızıl-zinət əşyalarının cavabdehin evində qaldığını, mal-qaranın isə ümumiyyətlə mövcudluğunu mötəbər dəlillərlə sübuta yetirə bilməyib.
İddiaçı apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi onun qızıl-zinət əşyalarının cavabdehin evində qalması və birgə nigah dövründə qazanılmış əmlak ilə bağlı iddiasını təsdiq edən digər sübutları - şahidlərin ifadələrini təqdim edə biləcəyini bildirsə də, məhkəmə həmin sübutların tədqiqinə ehtiyacın o0lmadığını bildirmiş və şahidlərin məhkəmədə ifadə verməsi imkanından, yəni həmin sübutların tədqiqindən imtina etmişdir. Bununla da iddia tələbinə düzgün münasibət bildirməmiş, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış və həmin iddia tələbinə ümumiyyətlə düzgün hüquqi qiymət verməmişdir.
Ümid edək ki, Apellyasiya məhkəməsi məsələyə ədalətli yanaşacaq.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub