Azərbaycan İdeyası

MÜALİCƏ POTENSİALI TÜKƏNMƏYİB, MÜALİCƏ İMKANI TÜKƏNİB

Tarix:4-07-2018, 15:38
Baxış Sayı:620



Sağlamlıq həyatda ən şirin nemətdir. İnsana birinci növbədə can sağlığı arzulayırlar. Hansısa səbəbdən adamın səhhətində problem yarananda həyat ağrıdan, fiziki iztirablardan məşəqqətə çevrilir. Əmək qabiliyyəti tam, ya da qismən itir. O üzdən sağlamlığını itirən, yaxud, itirməkdə olan şəxsin rifah səviyyəsi də tədricən, ya da kəskin surətdə aşağı düşür. Azərbaycanda dövlətin sosial siyasətinin kökündə məhz sağlam vətəndaşlardan ibarət sağlam cəmiyyət formalaşdırmaq məsələsi durur. Dövlətimiz üçün vətəndaşların sağlamlığından daha vacib heç nə yoxdur. Nədən ki, məhz sağlam vətəndaş işləyib özünə, ailəsinə dolanışıq təmin edə, iqtisadiyyatın formalaşmasına, dövlətin büdcəsinin zənginləşməsinə, ölkənin müdafiə qabiliyyətinin güclənməsinə töhfə verə bilər.
Azərbaycanda dövlət səhiyyəsi pulsuzdur, ondan yararlanmaq vətəndaşların konstitusion hüququdur. Səhiyyə xidməti əlac etmədikdə isə sosial müdafiə mexanizmi işə düşür. Yəni, insanın ömürlük xəstə, əlil olmasını təsdiqləyən tibbi sosial ekspert komissiyasının rəyi lazım gəlir. Təsdiqləndiyi təqdirdə həmin şəxsə əlilliyə görə dərəcələr üzrə pensiya təyin edilir. Bu təyinatın mahiyyəti, fəlsəfəsi ondan ibarətdir ki, həmin şəxs alacağı pensiya ilə güzıranını minimum səviyyədə təmin etsin, ən zəruri dərmanları ala bilsin.
Amma olur ki, tibbi komissiya müayinə etdiyi şəxsin müalicə imkanlarının tükənmədiyi barədə rəy verir və ona əlillik dərəcəsi təyin etmir. İstiqamətləndirilmiş olduğu dövlət tibb müəssisəsi isə hansısa səbəbdən şəxsin müalicəsinə nal ola bilmir.
Səbəblərsə çeşidlidir: Dövlət sektorunda səhiyyə xidmətinin səviyyəsinin özəl klinikalardakından aşağı olması; dövlət tibb müəssisələrində korrupsiya hüquqpozmaları və s. Aydın məsələdir ki, səhhətindən şikayətlənən şəxs tibbi xidmətin həm keyfiyyətinin, həm də qiymətinin yüksək olduğu özəl klinikalarda müalicə almağa yetəcək qədər maddi imkana malik olsaydı, heç pensiya arxasınca düşməz, sınıq qol kimi dövlətin və cəmiyyətin boynundan asılmağı özünə sığışdırmazdı.
Belə iki yol ayrıcında qalan, lakin heç biri ilə gedə bilməyən vətəndaşlardan biri də Zaqatala rayonunun Danaçı kənd sakini Badayeva Havva Molla Mohuma qızıdır. Redaksiyamıza ünvanladığı ərizəsində Havva xanım yazır ki, düçar olduğu ağır xəstəlik barədə dəfələrlə aidiyyati hökumət qurumlarına müraciət etsə də, istədiyinə nail ola bilməyib. Özü 30 ilin tibb işçisi ola-ola onu get-gələ salıblar. 10.01.2017-ci il tarixdə ƏƏSMN yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətində qiymətləndirmə aparılmış və əlavə müalicəyə ehtiyacının omasını səbəb göstərərək imtina qərarı verilmişdir.
Daha əvvəl 03.06.2017-ci il tarixdə Havva xanım Rusiyanın Rostov vilayətinin Muxtar Dövlət Müəssisəsinin yerli konsultativ Mərkəzində müayinə olunmuş və ona "J45.8. bronxial astma, təkrar tutmalarla, orta ağırlıq dərəcəsində (persistatik), nisbətən nəzarət edilən. DN 1-ci dərəcə" əsas diaqnozu qoyulmuşdur. Eynazi zamanda aşağıdakı yanaşı diaqnozlar çıxarılmışdır: "Hepatitlə yanaşı gedən qastroduodenitin kəskinləşmə dövrü. Diafraqmanın qida borusu dəliyinin yırtığı"; "Ekstretor çatışmamazlıq. remissiya dərəcəli xroniki pankreatit"; "Alkoqolsuz mnimal aktiv olan piyli hepatit"; "Aşağı ətrafların varikoz xəstəliyi"; "Düyünlü forta, subkliniki hipotireoz".
Rostovda həmçinin ona yaşadığı yer üzrə terapevt, pulmonoloq, lor nəzarətində olması, soyuqdan özünü gözləməsi, llik sezon qrip profilaktikasından keçməsi, tənəffüs gimanastikası, allerqoloqun nəzarətində ilin noyabr-fevral aylarında dəri sınağı testlərindən keçməsi və bir sıra başqa medikamentoz terapiya məsləhətləri görülmüşdür.
Amma Azərbaycanda Badayevanın xəstəliklərinin diaqnozunun xeyli hissəsi necə deyərlər, "qayçılanmışdır", "qarışıq astma, bronxial astma hormondan asılı vəziyyət" hissəsində saxlanılmışdır. Nəticə çıxarılmışdır ki, guya onun müalicə potensialı tükənməmişdir. Ancaq Badayeva yaxşı bilir ki, hətta yerli diaqnoz doğru olsa belə, bu gedişlə onun müalicə potensialı tükənəcək. Çünki özünün vəsaiti hesabına müalicə almaq imkanı yoxdur. Bu da sosial siyasətimizin təzadları!


Ceyhun Dadaşov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb