Azərbaycan İdeyası

Zəngilan təhsil rəisi əvəzçi maaşlarını mənimsəyir: inanılmaz cinayət dosyesi…

Tarix:5-07-2018, 16:07
Baxış Sayı:224

  Zəngilan təhsil rəisi əvəzçi maaşlarını mənimsəyir: inanılmaz cinayət dosyesi…



Zəngilan təhsili ağır dövrünü yaşayır
FİA.Az-ın verdiyi məlumata görə, rayon Təhsil Şöbəsi ciddi nöqsanlara yol verir.
Zəngilan təhsili uçuruma yuvarlanmaqdadır. RTŞ-nin müdiri Ənvər Məmmədovun bu vəzifəyə gəlişi əvvəlkilərinin fəaliyyətindən fərqlənmir.
İddialara görə, Ə.Məmmədov müxtəlif maliyyə maxinasiyaları ilə də əhalinin diqqətini cəlb edir.
Mətbuat yazıb ki, Zəngilan RTŞ-nin Bakı və Sumqayıt şəhərlərində, habelə Şirvanda, Sabirabad və Abşeron rayonlarında yerləşən təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqilə dövlət vəsatlərinin mənimsənilməsi artıq adi hal alıb.
Məlumdur ki, Nazirlər Kabinetinin məlum qərarı ilə hər bir müəllim həftədə 24 saat dərs yükü ilə təmin olunmalıdır.
Müəllimə bundan əlavə dərs saatı vermək olmaz. Bu barədə Təhsil Nazirliyi də dəfələrlə məlumat verib, qərar qəbul edib.
Lakin ixtisas müəllimləri olmadığı təqdirdə, daha doğrusu, məktəbdə kadr çatışmazlığı olduğu halda, müəllimlər yerdə qalan dərsləri əvəzçiliklə deyə bilərlər. Və buna görə müəllimə əlavə maaş yazılır.
Zəngilan RTŞ-də isə həmin dərsləri müəllimlər əvəzçiliklə tədris etsələr də, buna görə ayrılmış məvacibləri ala bilmirlər. Halbuki bu gün əksər rayonlarda əvəzçiliklə verilən dərslərin məvacibi ödənilir.
Ancaq Zəngilan rayonunda özəl qaydalar olduğundan təhsil şöbəsinin müdiri Ə.Məmmədov bu pulların heç vaxt ödənilməyəcəyini bildirir.
Bir sözlə, rayon təhsil şöbəsinin müdiri isə nə Nazirlər Kabinetinin, nə də ki, Təhsil Nazirliyinin qərarlarına məhəl qoyur.
FİA.Az-ın verdiyi məlumata görə, Zəngilanınn təhsil müəssisələri bu gün ölkəmizin müxtəlif rayonlarında fəaliyyət göstərməkdədirlər.
Ümumilikdə isə Zəngilan RTŞ-nin tabeliyində fəaliyyət göstərən bu təhsil ocaqlarında 4112-dən çox şagird təhsilə cəlb edilib.
Zəngilan təhsilinin aktivinə yazılan uğurların çoxu isə “legioner şagird transferi” hesabınadır.
Məsələ bundadır ki, paytaxt Bakıda övladlarını ali təhsil müəssisələrinə hazırlaşdıran valideynlər onların adlarını “nəzarətdən uzaq” Zəngilan məktəblərinə yazdırırlar.
Beləliklə, adları Zəngilan məktəblərinin yuxarı sinif şagirdləri sırasında gedən gənclər Bakıda, Sumqayıtda repetitor kurslarına gedirlər.
Sonra onlar test imtahanlarından uğurla çıxıb Zəngilan təhsilinin müsbət statistikasını formalaşdırırlar.
Artıq qeyd olunduğu kimi hal-hazırda Zəngilan rayonu üzrə məktəblərin 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonundadır.
Eləcə də Zəngilan RTŞ-nin tabeliyində uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin inkişafına xidmət edən 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
Zəngilan Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı da heç bir qanuna riayət olunmur. Təhsil sistemindən anlayışı olmayan bəzi şəxslər hazırda təhsil şöbəsində mühüm vəzifələri tutublar.
Artıq dəfələrlə kütləvi informasiya vasitələrində də bildirilib ki, RTŞ-də və rayonun təhsil müəssisələrində pedaqoji işi bilməyən kadrlar yer alıblar.
Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə şöbənin işində addımbaşı rast gəlmək olur.
O cümlədən Ə.Məmmədov tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar olduqca böyük məbləğlərin silinməsinə şərait yaratmaqdadır.
Bir müddət əvvəl RTŞ-nin müdiri rayon məktəblərinə 500-1000 manat məbləğində aylıq “haqq” təyin olunması yolu ilə də külli-miqdarda pul yığımları həyata keçiribmiş.
Ona qədər isə RTŞ müdiri Zakir İbrahimov Zəngilan təhsilini bərbad günə qoymuşdu. Deyəsən, Ə.Məmmədov onun yolunun layiqli davamçısı olmağa həvəslidir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb