Azərbaycan İdeyası

Hafiz Hacıyev: “Məmur təbəqəsində həbslər aparılmalıdır!”

Tarix:6-07-2018, 12:56
Baxış Sayı:236


 Hafiz Hacıyev: “Məmur təbəqəsində həbslər aparılmalıdır!”

“Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza birbaşa məmur səhlənkarlığının nəticəsidir. Bu məmurların dövləti saymamazlığıdır”.

Korrupsiya-q.az xəbər verir ki, son hadisələri Modern.az-a şərh edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev belə deyib. O, məmurların işə məsuliyyətsiz yanaşmalarını ciddi nöqsan adlandırıb:
“Bunu prezident öz çıxışında da dedi. Həmin məmurlar birbaşa həbs edilməli idi. Azərbaycanda enerji sahəsinə milyardlarla pul qoyulub, amma heç bir nəticəsi yoxdu. Məmurlar başlayırlar yalan danışmağa, ölkə prezidentini, xalqı aldatmağa çalışırlar. Prezident iclasda onlara çox haqlı olaraq iradını bildirdi. Belə məmurlarla Azərbaycan irəli gedə bilməz, ona görə ki, bu insanlar 15-20 ildir vəzifədədirlər, onlara daha söz təsir etmir. Utanmırlar, prezidentin gözünə baxa-baxa yalan danışırlar. Ərəb dövlətlərində temperatur ilin 12 ayı isti olur, amma orada belə hallar olmur. Bu, dövlət başçısına olan xəyənətdir. Mən istərdim ki, onlar həbs edilsin, bütün sahələr yoxlansın. Məsələn, metroda baş verən hadisə ilə bağlı Metropoliten rəisi də cəzalandırılmalıdır, həbs edilməlidir, “Azərenerji”nin sədri tutulmalıdır. Son hadisələr çox ciddi məsələlərdir. Şəxsən mənim əlimdə səlahiyyət olsa, onların biri də vəzifədə qalmazdı, həbs edərdim. Həmin məmurların illərdir xalqdan oğurladıqlarını yenidən xalqa qaytarardım”.
H.Hacıyev deyib ki, hadisə ilə bağlı yaradılan komissiyasının nəyəsə nail olacağına inanmır.
“Düşünürəm ki, baş verən hadisə xalqa qarşı hörmətsizlikdir, dövlətçiyilə böyük zərbə vurdu. Erməni saytlarında Azərbaycan haqqında kifayət qədər yazılar yazıldı. Bu baxımdan mən çox narahatam. Biz dövlətçiliyin qurulması istiqamətində 2003-cü ildə və ondan əvvəlki illərdə çox işlər görmüşük. Bu məmurlar da düzələnləri talan edirlər. Mən düşünürəm ki, məmur təbəqəsində həbslər başlanılmalıdır. Belə olmasa, narazılıq daha da artacaq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb