Azərbaycan İdeyası

"Görəsən Elmar Vəliyev Gəncə ziyalılarına nə pislik edib ki..."

Tarix:6-07-2018, 13:35
Baxış Sayı:250


  "Görəsən Elmar Vəliyev Gəncə ziyalılarına nə pislik edib ki..."
Fəlsəfə doktoru Etibar Əliyev Elmar Vəliyevə edilən sui-qəsdlə bağlı saytımıza maraqlı yazı göndərib.

Yazını oxucuların diqqətinə çatdırırıq.

Elmar Vəliyevin güllələnməsi ətrafında versiyalar bir-birinə qarışıb. Adam dəhşətə gəlir: Dünən rast gəldiyim ziyalılardan biri deyir ki, Gəncədə toy-bayramdır. Dövlət adamına şəxsiyyəti bəlli olmayan, hansı məzhəbə qulluq etməsi şübhəli qalan birisinin güllə atmasını toy-bayram edərlər!? Təhtəlşüurlarda nə qədər eybəcərliklər gizlənirmiş? Xaricə qaçan bizim geydirmə mühacirlər bundan sui- istifadə etməyə başlayıblar. Geydirmə mühacirlər ordan bizə təlimat verirlər. Deyirlər davamı olmalıdır... Gələ bilirsinizsə davamını gəlin özünüz edin. İnsanları cinayətə sürükləməyin. Dünyasını dəyişmiş Rasim Musayevi qəhrəmana çevirirlər. Mən onların arasındakı insidenti bilmirəm. Ancaq onu bilirəm ki, Rasim Musayevi yaxşı tanıyanların demək olar ki, hamısının Elmar Vəliyevə rəğbəti artmışdı. Cinayəti dini motivlərlə bağlayırlar. Məsələn, deyirlər ki, vəhhabilərin kök atmasının qarşısını alırmış. Əgər belədirsə, Elmar Vəliyev sözün əsl mənasında qəhrəmandır. Gəncə tarixən Azərbaycanın intellektual - mədəni mərkəzi olub. Radikal təriqətin bu şəhərdə kök atması yolverilməzdir. Biz Bakıda bunun acı nəticələrini görürük. Minlərlə ailəni bədbəxt ediblər. Gəncədə çox olmuşam. Gəncə yaxşıya doğru xeyli dəyişib. Mən təhsil sahəsində çalışdığım üçün onu deyə bilərəm ki, Gəncədə yerləşən Universitetlər vaxtilə ən çox korrupsiyaya bulaşmış ali məktəblər olublar. Elmar Vəliyevin korrupsiyanın kökünün kəsilməsində sərt addımlar atması da yaxşı əməl deyilmi!?

Mənə qəribə gələn başqa məsələdir. Niyə Gəncə ziyalıları susur? Axı şəhərin rəhbərinə sui-qəsd olunub. Tarixən Gəncə ziyalıları mövqeləri ilə seçiliblər. 1993-cü ildə biz bunun şahidi olmuşuq. Vəliyev onlara nə pislik edib görəsən? Şəhərin başçısına atılmış güllə gəncəlilərə atılmış güllədir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO