Azərbaycan İdeyası

Deputat da Etibar Pirverdiyevi "vurdu" : "Fövqəladə Hallar Nazirliyini saymır"

Tarix:6-07-2018, 17:55
Baxış Sayı:278

  Deputat da Etibar Pirverdiyevi "vurdu" : "Fövqəladə Hallar Nazirliyini saymır"

"Dövlətin böyük strukturu olan Fövqəladə Hallar Nazirliyi müraciət edir, amma onun müraciətini başqa dövlət qurumu qəbul etmir. Yaxud da qəbul edir, amma fəaliyyətində nəzərə almır. Məncə, bu saymamazlıqdır" -
Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac var.
Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə söylədiyi fikirlərə münasibət bildərərkən deyib.
Onun sözlərin görə, Prezidentin Sərəncamı ilə qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:
"Komissiya bu işlərlə məşğul olacaq və bütün səbəbləri üzə çıxaracaq. Ona görə də komissiyanın son qərarını gözləyək".
R.Quliyev əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi "Azərenerji"yə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi nöqsanların olması barədə dəfələrlə məktub yazsa da, "Azərenerji" həmin məktubda yazılanları öz fəaliyyətində nəzərə almayıb:
"Bu, böyük faciəvi problemdir. Dövlətin böyük strukturu olan Fövqəladə Hallar Nazirliyi müraciət edir, amma onun müraciətini başqa dövlət qurumu qəbul etmir. Yaxud da qəbul edir, amma fəaliyyətində nəzərə almır. Məncə, bu saymamazlıqdır. Çünki bütün ölkələrdə Fövqəladə Hallar Nazirliyi xüsusi bir dövlət qurumudur. Onun adi bir məktubu əmrə bərabər olan bir sənəddir".
Deputat qeyd edib ki, ölkə Prezidenti qəzanın baş verməsində günahı olan bütün şəxslərin cəzalanağını da söyləyib:
"Günahkarların cəzalanacağı birmənalıdır. Onlara qarşı cəza tədbiri görülməlidir ki, gələcəkdə belə hal bir daha təkrarlanmasın".
Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb