Azərbaycan İdeyası

5 yaşlı Ayxana kömək edək!

Tarix:26-07-2018, 13:52
Baxış Sayı:550



Azərbaycanda səhiyyə xidmətinin səviyyəsi barədə təsəvvür əldə etmək istəyən müşahidəçi diqqət yetirsə, bu məqalədə tipik nümunə kimi təqdim etdiyimiz belə bir halın tez-tez şahidi ola bilər. Xəstə əvvəlcə dövlət tibb müəssisələrinə müraciət edir, amma dərdinə əlac tapmır. Sonra pullu özəl klinikalara baş vurur, yenə şəfa tapmır. Soraqlaşıb üz tutur xaricə. Çarə bulmaq üçün yolçuluğu çox halda yaxın qonşularımız olan İrandan, Gürcüstandan başlayır, Türkiyə, Rusiya ilə davam edir. Zülmətdə işıq görünəndə isə, məlum olur ki, maddi imkanlar tükənib.
Sumqayıt şəhəri 13-cü mkr-n ev-39 mənzil 12 ünvanda yaşayan Rafiqli Samir Rafiq oğlu redaksiyamıza məktubla müraciət etmişdir. Bildirir ki, 2013-cü il iyulun 8-də onun Rafiqli Türkanə İntiqam qızı ilə birgə nikahlarından Rafiqli Ayxan adlı övladları dünyaya gəlmişdir. Lakin sevinclərinə tezliklə məyusluq qatılmışdır. Belə ki, doğulandan dörd gün sonra Sumqayıt şəhər 1 saylı Doğum Evindən sağlam uşaq adı ilə evə buraxılan uşaq iki gün evdə qalandan sonra onda yüksək qızdırma və göyərmə halları müşahidə olunmuşdur:
"Təcili tibbi yardıma müraciət edəndən sonra uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirdilər. Uşağa "Nüvə sarılığı" diaqnozunu qoydular. Xəstəxananın reanimasiya şöbəsinin müdiri Firdovsi həkimin səyi nəticəsində uşaq qismən kritik vəziyyətdən çıxdı. On iki gün reanimasiyada qaldıqdan sonra uşağı Ümumi şöbəyə yerləşdirdilər. İyirmi gün xəstəxanada yatandan sonra evə buraxdılar. Uşağım xəstəxanadan çıxandan sonra vəziyyəti yenə də kritik olaraq qalırdı. Bir müddət sonra övladım Bakı şəhərində yerləşən Uşaq Nevroloji Xəstəxanasında iki kurs müalicə aldı. Müalicələrin heç bir köməyi olmadı. Uşaq, əksinə, geri gedirdi. Daha iki kurs Nərimanov rayonundakı Uşaq Bərpa Mərkəzində yatmasına baxmayaraq, yenə heç bir irəliləyiş olmadı. Ondan sonra uşaq Mərdəkan Uşaq Reabilitasiya Mərkəzində müalicə almasına baxmayaraq, səhhətində müsbət dəyişiklik müşahidə edilmədi. Ardından Bakı şəhərindəki "Atlas" klinikasının Talışinski soyadlı bir həkimi müalicə yazdı, yenə heç bir effekt alınmadı. Yenidən - bu dəfə Bakı şəhərində yerləşən "City Hospital" klinikasına apardıq, orada uşaq nevropatoloqu İsa həkim ümumiyyətlə, yardım göstərə bilmədi.
Övladımın artıq 5 yaşı var. 2 yaşında olanda bir pasientin anasının məsləhətilə İranın Təbriz şəhərində il yarım müalicə etdirdik. Cüzi irəliləyiş gördük. Həmin müalicə dövründə uşağa loqoped müalicəsi lazım oldu. Sumqayıt şəhərindəki bir neçə loqoped mərkəzinə apardıq ki, uşağın nitqində irəliləyiş olsun. Amma heç nəyə nail ola bilmədik. Mərdəkandakı reabilitasiya mərkəzində uşaq yatanda bir pasientin valideyni məsləhət gördü ki, Gürcüstanda Qiya adlı həkim var. Dediyinə görə uşağını o həkimə göstərib, böyük irəliləyiş olub. Biz onun məsləhətilə övladımızı götürüb Gürcüstana apardıq. Qiya həkimin müalicəsindən sonra uşaqda xeyli irəliləyiş gördük. Artıq uşaq yeriməyə başladı, amma danışmadı. Müalicələr nəticəsində uşaq həm başa düşməyə, həm də başa salmağa başladı. Di gəl, nitqində irəliləyiş hiss edilmədi. Orda uşağa həkimi loqoped məsləhət gördü, ancaq çox baha qiymətə. Günü 37 manat olmaqla, bir kursu 20 gün davam etməlidi. Ən azı üç kurs Gürcüstanda müalicə alması məsləhət görülüb. Mən ata olaraq uşağımın Azərbaycanda aldığı müalicələrdə heç bir effekt görmədim. Amma Gürcüstanda edilən müalicədə fayda gördüyüm üçün istərdim ki, övladım məhz Gürcüstanda loqoped müalicəsi alsın. Hərçənd, bunu etməyə maddi imkanım yoxdur. Özüm ixtisasca müəlliməm, amma hazırda işsizəm. Odur ki, maddi köməkliyə ehtiyacım var".
Samir müəllim probleminin qəzetdə ictimailəşdirilməsini və hökumət strukturlarının diqqətinə çatdırılmasını redaksiyamızdan xahiş etmişdir. Ümid edirik ki, bu yazılanları oxuyan səlahiyyətli və imkanlı şəxslər, istər məmur olsun, istər iş adamı uşaq serebral iflicindən əziyyət çəkən 5 yaşlı Ayxanın müalicəsi üçün köməkliyini əsirgəməyəcək. Həyatda böyük yaxşılıq etməkçün insanın əlinə çox az fürsət düşür. İnanırıq ki, xeyirxah insanlar bu fürsəti dəyərləndirəcəklər.


"Korrupsiya və qanun"

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO