Azərbaycan İdeyası

Fədayə Laçının məhkəməsi başladı

Tarix:3-08-2018, 17:22
Baxış Sayı:361

 Fədayə Laçının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dustaqlar - "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin vaqondan qaçırılmasına görə təqsirləndirilənlər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov, Anar Əsgərovun məhkəməsi başlayıb.
Hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.
İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, proses davam edir.
Qeyd edək ki, E. Məmmədov qaçdıqdan sonra onun saxlanılması üçün keçirilən əməliyyat zamanı müqavimət göstərdiyi üçün öldürülərək zərərsizləşdirilib, Ə. Ağami isə Şirvan şəhərində saxlanılıb. Digər şəxslər isə onlara kömək etməkdə, Penitensiar Xidmətin vəzifəli şəxsləri isə rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
İş üzrə 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.(Qafqazinfo) [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO