Azərbaycan İdeyası

Eyni bal toplayan abituriyentlər hansı şərtlər əsasında fərqləndirilir? – Bunları mütləq öyrənin!

Tarix:13-08-2018, 15:11
Baxış Sayı:273



 Eyni bal toplayan abituriyentlər hansı şərtlər əsasında fərqləndirilir? – Bunları mütləq öyrənin!
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə iyulun 30-da başlanan ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

DİM-dən verilən məlumata görə, ümumilikdə, 2850 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiqləməyib.

İxtisas seçimi zamanı uyğun plan yerlərinə tələbə qəbulu abituriyentlərin imtahan balı, seçdiyi ixtisasların ardıcıllığı, plan yerləri nəzərə alınmaqla aparılır. Amma qəbul imtahanlarında bərabər bal toplayan xeyli abituriyent olur. Bəs bu zaman hansı əsas göstəricilər nəzərə alınır?
Ali təhsil müəssisələrinin I və IV ixtisas qruplarındakı ixtisaslar üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə qeyd olunan ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir.
Korupsiya-q.az AzEdu.az-a istinadən bu şərtləri təqdim edir:

-Təhsil haqqında sənəddə (attestat) Tədris dili, Ədəbiyyat, Xarici dil, Riyaziyyat, Azərbaycan tarixi, Ümumi tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya fənləri üzrə yazılan yekun qiymətlərin ədədi ortası;

-Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun balı;

-Qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;

-Qəbul imtahanlarının əsas fənləri üzrə düzgün cavab sayının cəmi;

-Qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

-Qəbul imtahanlarının fənlər üzrə bütövlükdə düzgün cavabların sayı;

-Qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin onlar üzrə düzgün cavabların sayı.

V ixtisas qrupunda isə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı bal əsasında aparılır. Yekun balı eyni olan iki və daha çox abiyuriyenti bir-birindən fərqləndirmək məqsədilə isə müəyyən ardıcıllıqla əlavə göstəricilərdən istifadə olunur:

-Abituriyentin qəbul imtahanında topladığı ümumi bal;

-Riyaziyyat fənni üzrə balın miqdarı;

-Təhsil haqqında sənəddə (attestat) Tədris dili, Ədəbiyyat, Xarici dil, Riyaziyyat, Azərbaycan tarixi, Ümumi tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya fənləri üzrə yazılan yekun qiymətlərin ədədi ortası;

-Azərbaycan dili və ya rus dili fənni üzrə balın miqdarı. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO