Azərbaycan İdeyası

"Əgər bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə..."

Tarix:13-08-2018, 15:13
Baxış Sayı:273

  "Əgər bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə..."

Azərbaycanda bələdiyyələrin fəaliyyətsizliyi hər kəsə məlumdur. Dünən Nabran bələdiyyəsinin sədri Qürət Qədimov meşəətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2500 manat məbləğində cərimə edilib.
“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Moderator.az-a açıqlamasında bildirdi ki, bələdiyyələrin acınacaqlı durumda olmasının əsas səbəbi bu institutun rayon icra hakimiyyətlərindən asılı vəziyyətə salınmasıdır:
“Bunu başa düşmək asandır. Əslində bələdiyyələr icra hakimiyyətlərini əvəz etməli idi. Bütün Avropa ölkələrində şəhər rəhbərləri və bələdiyyə sədrləri seçki yoluyla təyin olunurlar. İndi bizdə ikitərəlik var. Bir tərəfdən icra hakimiyyətlərinin bütün səlahiyyətləri digər tərəfdən onların yanında olan bələdiyyələrin səlahiyyətləri əllərindədir. Bunlar da bələdiyyələrə təzyiq edə bilirlər. Bələdiyyə seçkiləri qeyri-demokratik keçirilir, şəffaf deyil, onlar xalq tərəfdən seçilmiş bələdiyyə sədrləri deyillər. Ona görə də bələdiyyələrin faciəsi və fəaliyyətsizliyi bundan irəli gəlir. İcra hakimiyyətləri varsa, onda bələdiyyələr ləğv edilməlidir. Əgər bələdiyyə varsa, onda icra hakimiyyətləri ləğv edilməlidir. Birinci növbədə bu məsələ həll olunmalıdır ki, sonra bələdiyyələrə irad tuta bilək. Əgər hansısa bələdiyyə sədri xalq tərəfindən seçilsə, pis işləyərsə, xalqın qarşısında məsuliyyət daşıyacaq. Görəcəklər ki, etimadsızlıq göstərib onu yola salacaqlar. Onlara ictimai nəzarət olacaq. Amma bunların heç biri bizdə yoxdur”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO