Azərbaycan İdeyası

“Televiziyalardan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır”

Tarix:14-08-2018, 12:15
Baxış Sayı:442



 “Televiziyalardan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır”
"Özəl televiziyalar bilərəkdən və ya bilməyərəkdən, qəsdən eybəcər-eybəcər mahnıları təbliğ etməklə məşğuldurlar"
Ermənilər aprel döyüşləri ilə bağlı “Cənnət qapısı” adlı film çəkirlər. Çəkilişlər Şuşada, Xankəndidə və Xocalının bir neçə kəndində aparılır. Məğlub olduqları aprel savaşı haqda film çəkən ermənilərdən fərqli olaraq biz isə qalib olduğumuz döyüş haqqında heç bir film çəkməmişik. Heç bu mövzuya toxunan da yoxdur. Efirlərimizi həmişə olduğu kimi bayağı yerli seriallarımız zəbt edib.
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov Moderator.az-a açıqlamasında ermənilərin həmişə olduğu kimi öz qəhrəmanlıqlarını ağ yalan üzərində qurduğunu bildirdi:
“Ənənəvi olaraq dünyada mövcud olmayan Ermənistan deyilən Qərbi Azərbaycanı da, mövcud olmayan erməni adlı bir xalqı da və heç vaxt olmayan torpaqları və mədəniyyətlərini də ancaq yalançı erməni alimləri özlərindən düzüb-qoşub yaradıblar. Dünya tarixində, sırasında heç vaxt belə ölkə və xalq olmayıb, hər şey yalandır və bu ağ yalanın da başında erməni ideoloqları durur. Dünyanın gözü qarşısında məğlub olduqları aprel döyüşləri haqqında və Naxçıvandakı məğlubiyyətlərinə rəğmən bu tayfa toplumu bütün fəaliyyətini ağ yalan üstündə qurub. UNESCO-nun elmlə bağlı bir qərarı var və orda qeyd olunur ki, tarixi mövzularda araşdırlamalar aparanda qətiyyən erməni mənbələrinə istinad olunmasın”.
Şeyx Əbdül televiziyalarımızdakı verilişləri də tənqid edib:
“Bizim televiziyalarda bölgə musiqilərini təbliğ edirlər. Buna qadağa qoymaq lazımdır. Bizim özəl televiziyalar bilərəkdən və ya bilməyərəkdən, qəsdən eybəcər-eybəcər mahnıları təbliğ etməklə məşğuldurlar. Neçə illərdir Şah İsmayıl Xətaini, Nadir Şahı gündəmə gətirə bilmirik. Bunlara belə bir ixtiyarı kim verib?! Şəxsi münasibətlər televiziyalara keçib. Televiziyalarımızdan gic-gic verilişləri, əxlaqsız, mənəviyyatsız adamları yığışdırmaq lazımdır. Xalq ona görə geri çəkilib, çünki hər şeyi yaxşı bilir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO