Azərbaycan İdeyası

HƏQİQƏTDƏN VƏ REALLIQDAN UZAQ "HƏQİQƏT VƏ REALLIQ"

Tarix:14-09-2018, 15:35
Baxış Sayı:404

Jurnalist olaraq həmkarlarımızın hansısa xoşagəlməz əməli barədə xəbər eşitmək bizi üzür. Olur ki, jurnalist həqiqəti yazır, amma yazdığını sübut etmək üçün faktları toplamağa imkan vermirlər. Sonra da şər-böhtan atmaqda ittiham edirlər. Əlbəttə, belə hallar başa düşüləndir. Lakin bəzi qəzet, sayt işçiləri barədə eşitdiyin mənfi informasiyalara əvvəlcə inanmırsansa da, məlumatı araşdıranda əmin olursan ki, söhbət aramıza soxulmağa fürsət tapmış təsadüfi adamlardan gedir. Fəaliyyətləri, işlərinin mahiyyəti barədə təsəvvürlərini dəqiqləşdirdikcə, aydın olur ki, onlardan "KİV haqqında" qanuna əməl etməyi gözləmək, jurnalist etikasına riayət etmələrini ummaq sadəlövhlükdür. Yeganə məqsədləri nə yolla olur-olsun, pul əldə etməkdir.
İmişli rayon sakini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair Yusif Pənah oğlu Cəfərli redaksiyamıza məktubla müraciət edərək, həmyerlisi, "Həqiqət və reallıq" qəzetinin baş redaktoru İsrafil Adil oğlu Quliyevin yarıtmaz əməllərindən, jurnalist adına xələl gətirən əməllərindən gileylənmişdir. Yusif müəllimin verdiyi məlumata görə, İsrafil Quliyev ötən əsrin 80-ci illərində İmişli rayon rəhbərliyinin orqanı olan "Qızıl Ulduz" qəzetinin əməkdaşı imiş. O vaxt rayon Partiya Komitəsinin I katibi Qadir İsmayılzadə onu "dələduzluğuna və əyyaşlığına görə" tutdurubmuş: "Həbsdən çıxandan sonra İsrafil Quliyev bir müddət kolxozda, orda-burda baş girlədi. Sonra hansı yollasa "Ədalət" qəzetinə işə düzəldi. Sonra həmin qəzetdən də qovuldu. 2003-cü ildə "Həqiqət və reallıq" adında qəzet açıb fəaliyyətə başladı və nə başladı..."
Yusif Cəfərli yazır ki, ayda bir dəfə 500 ədəd tirajla çıxardığı qəzetini İmişlidə qapı-qapı düşüb üzdən-gözdən saldığı məktəb direktorlarına, həkimlərə, idarə, müəssisə və təşkilat rəhbərlərinə satır. Qazancını vergidən gizlədir. Beyləqan regional Ərazi Vergi İdarəsinin rəisi Elçin Kazımlının mərhum atası Sumbat Kazımov haqqında qəzetin hər nəşrində bir səhifə bayağı, bir-birini təkrarlayan, şit-şit xatirə yazısı dərc etdiyinə görə onun vergidən yayınmasına göz yumulur. Qəzetin rekvizit hissəsində yalandan ünvan kimi Bakıdakı "Azərbaycan" nəşriyyatının koordinatlarını göstərsə də, faktiki olaraq İmişli RİH-nin İmişli şəhəri üzrə nümayəndəliyinin yerləşdiyi binanın alt mərtəbəsində iki otaq zəbt edərək, yerli "Xalq sözü" qəzeti redaksiyasının beş addımlığında qərargah qurub. Qanunsuz tutduğu həmin daşınmaz əmlaka görə rüsum da ödəmir.
Yusif Pənahoğlu bildirir ki, hətta bir müddət İsrafilə inanıb onunla dostluq da edib. Lakin vaxt gəlib, onun əsl xislətindən agah olub. İsrafilin "çörəyinin dizinin üstündə olmağını"həm də onda görüb ki, İmişlidən olan mərhum həmkarları "Sabaha inam" qəzetinin baş redaktoru Məryəm Şahverdiyeva adlı xanım jurnalistlə haqsız rəqabət aparırmış: "Mərhumə Məryəm Şahverdiyeva haqqında qəzetinin hər nömrəsində olan-olmazı yazıb İmişli oxucularının zövqünü korlayır, zəhlələrini tökürdü. Buna baxmayaraq, Məryəm vəfat edəndə hüzn məclisində İsrafil yuxarı başda oturdu..."
Məktub müəllifi qeyd edir ki, 2017-ci ilin aprel ayından etibarən isə İ.Quliyev onun barəsində öz qəzetində həqiqətə uyğun olmayan təhqiramiz məqalələr yazmağa başlayıb. Yusif müəllimin sözlərinə görə, "Həqiqət və reallıq" qəzetinin baş redaktoru öz cılız məqsədlərinə çatmaq üçün İmişlidə tənqidə layiq olmayanları tənqid edir, tərifə layiq olmayan imkanlı şəxsləri də tərif edir. Varlı, nüfuzlu adamlardan kiminsə qohumu dünyasını dəyişəndə xəbərləri oldu-olmadı rəhbər vəzifəli şəxslərin adından mərhumların ailələrinə başsağlığı dərc edir, sonra da onlardan pul yığır.
İsrafil Quliyevin yarıtmaz işləri barədə dəfələrlə RİH başçısına, Mətbuat Şurasına, Vergilər Nazirliyinə şikayətnamələr ünvanlasa da, müraciətlərinin cavabsız qaldığını vurğulayan Yusif müəllim yazdıqlarına sübut kimi "Həqiqət və reallıq" qəzetinin bir nüsxəsini məktuba qoşma edərək redaksiyamıza göndərmiş, qəzetin rekvizit hissəsində "redaksiyanın fəxri üzvləri" sırasına göz atmağımızı xahiş etmişdir. "Ədalət" qəzetinin baş redaktoru olmuş hazırki millət vəkili Aqil Abbasın adı ilə başlayan həmin sıraya diqqət yetirəndə nə az - nə çox, düz 35 nəfər nüfuzlu şəxsin adına rast gəldik. Gəlin razılaşaq ki, nüfuzlu şəxslərin adlarının kölgəsinə sığınmaq - artıq köhnəlmiş üsuldur.

"Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO