Azərbaycan İdeyası

ŞƏHİD ATASI ORDUDAN YAYINANLARA QARŞI

Tarix:14-09-2018, 15:44
Baxış Sayı:358

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan oğullarının ailə üzvləri, qazilər, müharibə veteranları dövlətimiz tərəfindən qayğı ilə əhatələnmişlər. Xalqımız bu insanlara hörmətlə yanaşır, Vətən qarşısında xidmətlərinə yüksək dəyər verirlər. Bu zümrədən olan vətəndaşlarımız öz övladlarınlı da vətənpərvərlik ruhunda tərbiyə edir, fərarilərə, ordudan yayınanlara qarşı barışmaz mövqe tuturlar. Belə neqativ hallar onlara toxunur, öz - özlərinə belə suallar vermək məcburiyyəti qarşısında qoyur: "Bəs mən niyə vuruşmuşam? Yaxın adamım niyə canını fəda etdi? Bu namərdlərin indi hərbi xidmətdən yayınıb kef çəkməsi üçünmü?.."
Astara rayonunun Ərkivan kənd sakini, şəhid atası Kərimov Məmməd Mirzəhəsən oğlu redaksiyamıza müraciət edərək oğlu Kərimov Natiq Məmməd oğlunun torpaqlarımız uğrunda gedən ağır döyüşlər zamanı vəzifə borcunu yerinə yetirərkən qəfildən düşmən gülləsinə tuş gələrək Vətən naminə qəhrəmancasına şəhid olduğunu xatırlatmışdır. Bildirir ki, bəzi "Anti-Azərbaycan vətəndaşları" (sitat vətəndaş Kərimovundur - red.) rüşvətxor məmurların köməyi ilə saxta tibbi arayışlar və yalançı epikrizlər əldə edərək öz övladlarını hərbi xidmətdən yayındırırlar. Belələrindən biri də həmyerlim - Astara rayonunun Ərkivan qəsəbə sakini Əliyev Fətulla Cəfər oğludur".
Əlində sübutlar olduğunu yazan Məmməd Kərimov bildirir ki, Fətulla Əliyevin oğlu Təbriz hərbi xidmətdən yayınaraq Astara rayon Qaz İstismar İdarəsində işə düzəlmişdir və işə getmədən 250 manat maaş alır: "Bu barədə Astara Qİİ-nin rəisi Füzuli Məmmədova bildirmişəm. Təbriz Əliyevin işdən azad ediləcəyi vəd edilsə də, yerinə yetirilməmişdir. Fətulla Əliyev vətəndaşlara şər-böhtan atmaqla onları məhlkəmə, polislə hədələyir. Görəsən, onun arxasında kimlər durur?"
Şəhid atası hərbi xidmətdən yayınan namərdlərin ifşa olunmasında ona informasiya dəstəyi verməyimizi xahiş etmişdir. Nə demək, bu, hamımızın, bütün cəmiyyətin müqəddəs işidir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb