Azərbaycan İdeyası

“Görünür İlqar Məmmədov hələ yaxşı islah olunmayıb"

Tarix:5-09-2018, 11:54
Baxış Sayı:259


“Görünür İlqar Məmmədov hələ yaxşı islah olunmayıb"

“Hər bir insan cəzaçəkmə müəssisəsindən ona görə islah olunur ki, cəmiyyətə yenidən uyğunlaşsın. Mən elə başa düşürəm ki, İlqar Məmmədov hələ islah olunmayıb”.
Bunu Moderator.az saytına açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Onun sözlərinə görə, İlqar Məmmədov Azərbaycan dövlətinin, xüsusilə cənab Prezident İlham Əliyevin onunla bağlı hümanist prinsiplərə söykənib cəzasının çəkilməmiş hissəsindən azad olunmasına adekvat münasibət göstərmir:
“Bu da bir insanın xarakterindən, insanın özünün keyfiyyətindən irəli gələn bir haldır. Kimsə onu yüksək dəyərləndirə bilər, kimsə də İlqar Məmmədov kimi onu o cür adekvat münasibət göstərməyə bilər. Ümumiyyətlə düşünürəm ki, İlqar Məmmədovun bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı var. Bunu onun özü də gizlətmir. Görünür bu şəxs həmin o əməkdaşlıqdan irəli gələrək Azərbaycan dövləti ilə bağlı müəyyən mənfi fikirlər səsləndirməkdə davam edir. O hələ həbsdən öncə də bu prosesi həyata keçirirdi və həmin o təşkilatların nümayəndəsi rolunu oynayırdı. Düşünürəm ki, İlqar Məmmədov yenə də öz ampluasındadır. Bu insan Prezidentin əfv fərmanını yüksək qiymətləndirmirsə, bu onun şəxsi göstəricilərinin nümunəsidir. Hər kəs öz düşüncəsinə, mədəniyyətinə uyğun davranır. İlqar Məmmədov da bu pozisiyanı tutub”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb