Azərbaycan İdeyası

“İlqar Məmmədovun çıxışlarına hüquqi qiymət verilməlidir” - Fazil Mustafa

Tarix:5-09-2018, 11:56
Baxış Sayı:295

 “İlqar Məmmədovun çıxışlarına hüquqi qiymət verilməlidir” - Fazil Mustafa

“Siyasətlə məşğul olan şəxs qətiyyən təhqirə yol verməməlidirlər. Tənqid bizdə azaddır və hətta qanunvericilikdə də, Konstitusiyada da bu nəzərdə tutulur. Amma təhqirə görə, Cinayət Məcəlləsində konkret maddələr var”.
Bunu SİA-ya açıqlamasında BQP sədri, millət vəkili Fazil Mustafa REAL partiyasının sədri İlqar Məmmədovun keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, siyasətçilər etik davranış qaydalarına xüsusi əməl etməlidirlər: “Təhqirə yol verənlərə qarşı tədbirlər görüləndə bunu siyasi motivli təzyiqlər kimi qiymətləndirirlər. Amma çox vaxt özləri buna rəvac verirlər. Sanki hakimiyyəti məcbur edirlər ki, bunlara qarşı sərt tədbirlər görsün”.
Millət vəkilinin sözlərinə görə, İlqar Məmmədovun çıxışlarında təhqir varsa, buna hüquqi qiymət verilməlidir: “Bu gün Azərbaycan müxalifəti keyfiyyətcə fərqli bir platformada olmalıdır. Daha intelektual, daha mədəni və etik çərçivəni aşmadan hakimiyyətə də özünün proqramlarını, təkliflərini və hətta iradlarını, tənqidlərini də yönəltməlidir. Hesab edirəm ki, bu müxalifətçilik Azərbaycana daha çox fayda verər, nəyinki, radikal, barışmaz və təhqirlə danışan müxalifət. Radikallıq həmin adamların özləri üçün yaxşı nəticə vəd etmir”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO