Azərbaycan İdeyası

Məktəblərdə mobil telefon qadağan edilsin - TƏKLİF

Tarix:6-09-2018, 13:56
Baxış Sayı:248


 Məktəblərdə mobil telefon qadağan edilsin - TƏKLİF

“Ümumi təhsil haqqında” yeni qanun layihəsinin ilkin variantı artıq hazırlanıb.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
O qeyd edib ki, qanun layihəsi oktyabr ayının ikinci yarısından sonra müzakirələrə təqdim olunacaq.
Onun sözlərinə görə, layihədə orta ümumi təhsil müəssisələrində özəl sektorun işinin tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb.
“Çünki özəl sektor artıq ümumi təhsil müəssisələri sferasında var. Onların fəaliyyəti məktəbin özünün daxili əsasnaməsi ilə tənzimlənir. Amma belə olmamalıdır. Onların fəaliyyəti qanunla tənzimlənməlidir. Belə bir qanun isə indiyə kimi olmayıb”, - deyə komitə sədri əlavə edib.
Qanun layihəsində ölkədə məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunur. Bununla bağlı, yeni qanun layihəsinə xüsusi bəndin salınması, İnzibati Xətalar Məcəlləsində isə əlavələrin edilməsi gözlənilir.
Adıçəkilən komitənin üzvü, BDU-nun professoru Kamilə Əliyeva adıçəkilən sənədin qəbulunu vacib sayır və hesab edir ki, bu məsələ payız sessiyasında mütləq müzakirələrə çıxarılmalıdır.
“Düzünü desəm, qanun layihəsi ilə müfəssəl tanış deyiləm, amma bildiyim qədər, belə bir məsələ var, yəni, məktəbəqədər və orta təhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təklif olunur. Hesab edirəm ki, bu, olduqca vacib məsələdir.
Bu, əslində, çoxdan edilməli idi. Bunun üçün heç də yeni qanunu gözləmək lazım deyildi. Təhsillə bağlı mövcud qanunlardan birində, o cümlədən, İnzibati Xətalar Məcəlləsində bunu reallaşdırmaq olardı.
Çox yaxşıdır ki, artıq bu məsələ yeni qanunda, o cümlədən, adıçəkilən Məcəllədə nəzərdə tutulur. Valideynləri, uşaqları da başa düşmək, anlamaq olar, çünki hamımız valideynik, hamımızın övladlarımız var, amma hesab edirəm ki, nigarançılığı, narahatlığı və digər məqamları bəhanə gətirib, telefon məsələsinə bəraət qazandırmaq olmaz.
Axı, orta məktəb şagirdinə telefon nəyə lazımdır, xüsusilə, onu özü ilə məktəbə aparmasına, tədrisə, dərsə mane olmasına nə ehtiyac var? Hökmdür ki, hər bir uşaq, şagird əlində telefonla məktəbə gəlsin? Qabaqlar mobil telefonlar yox idi, məgər dünya dağılırdı? Bu məsələdə bəzən məntiqsizliyi anlamaq olmur.
Odur ki, bu məsələ təklif şəklində olsa belə, mütləq qanunvericilikdə nəzərdə tutulmalıdır”, - deyə K.Əliyeva əlavə edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO