Azərbaycan İdeyası

Sabiq rəis müavini: Fədayə Laçını yoxlamadıq

Tarix:17-09-2018, 14:12
Baxış Sayı:241

  Sabiq rəis müavini: Fədayə Laçını yoxlamadıq
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Lənkəran Rayon Məhkəməsinin hakim köməkçisi Tofiq Canıyev ifadə verib.

Onun sözlərinə görə, qaçan dustaqların məhkəmədə iştirak etmədən geri qaytarılması ilə bağlı nə hakim, nə də özü tərəfindən göstəriş verilib.

Sonra şahid Lənkəran Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Əlişir Fərəcov dindirilib.

O deyib ki, hadisədən əvvəl dustaqların geri qaytarılması ilə bağlı ona məlumat gəlib:

“Mənə dedilər ki, müəyyən səbəbdən Əli Ağami və Etibar Məmmədov məhkəməyə gətirilsə də, geri qaytarılacaq. Mən də razılaşdım. Ancaq əmr verməmişəm ki, dustaqları qəbul etməyin”.

Fədayə Laçın həbsxanada kökəlməsindən danışdı
Sonra şahid Masallı Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Bəşir Bəşirovla üzləşdirilib və onlar çarpaz dindiriliblər. B. Bəşirov qeyd edib ki, dustaqların qəbul edilməməsi ilə bağlı əmri Ə.Fərəcov verib.

Hakim isə qeyd edib ki, şahidlərin bir-birinin əksinə ifadə verməsinə yekunda qərar qəbul edərkən qiymət veriləcək.

Şahid: Açarı Fədayə Laçına verməli idim
Məhkəmədə Lənkəran Polis Şöbəsinin rəisinin sabiq müavini Səadət Tağıyeva da dindirilib. O deyib ki, məhkəmənin təxirə salınacağı barədə ona məlumat verilib:

“Fədayə Laçın şöbəyə gələndə onu Əlişir Fərəcovun yanına apardım. Lakin onun üzərinə baxış keçirilmədi. Çünki qadın olduğu üçün bunu etmədik”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO