Azərbaycan İdeyası

SOSİAL ŞƏBƏKƏ XULİQANLARI

Tarix:5-10-2018, 15:12
Baxış Sayı:1 272



Bu yaxın günlərdə Bakupress.az saytında gedən savadsız, səbatsız, məntiqsiz bir
yazı nəzərimi cəlb etdi, hətta yazının başlığından belə məlum oldu ki, bu yazını
yazan adamın savadsızlığından xəbər verirdi. Yazını axıra qədər oxudum və hətta
gizli bir səs yazısının da şahidi oldum. “Qazax rayonunda kimin var-yoxuna
söyüldü…” “Azərbaycan əsgəri” qəzetinin baş redaktoru, öncə ziyalı, xalq
müəlliməsi kimi yanaşmaqla, eyni zamanda peşə fəaliyyətimlə bağlı araşdırma
apardım. Həmin araşdırma zamanı aldığım müsahibəni olduğu kimi sosial şəbəkə
oxucularına çatdırmağı özümə borc bildim və oxucular özləri kimin var-yoxuna
söymək lazım olduğuna yəqin ki, haqlı olaraq qərar verəcəklər.
Müsahibimiz şəhid Vüqar Süleymanov adına Xanlıqlar kənd peşə məktəbinin
direktoru Əhməd Əliyevlə telefon əlaqəsi yaratdıq. Direktor Əhməd Əliyev
haqqında qısa bir arayış verək:
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər saldıqda unudulmaz və xoş
xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə
ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir.
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə həsr olunur.
Müdriklər demişkən, “Xalq üçün, Vətən üçün yaşanan ömür, əsl insan ömrüdür”.
Belə insanların ömrü çətin mənalı və şərəfli olur, başı həmişə el içində uca olur.
Onlar öz xoşbəxtliyini, varlığını Vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə
insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək, səhv etmərik.
Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi
mənasında, vətənpərvər, təşkilatçı, gözəl ictimaiyyətçi, rəhbərlik etdiyi kollektivdə,
eləcə də Qazax rayonunda hörmətli şəxs kimi tanınan Xanlıqlar kəndində yerləşən
şəhid V.Süleymanov adına peşə məktəbinin direktoru Əliyev Əhməd Məmməd
oğludur.
Əhməd müəllim öz vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin,
hakimiyyətin, xalqın və prezidentin, eyni zamanda Qazax rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun etimadını doğrulda bilən bir şəxsiyyət,
həm də gözəl ailə başçısıdır. Eyni zamanda cəmiyyət üçün vətənpərvər, ali təhsilli
övladlar yetişdirib, tərbiyə edib.
Əhməd müəllim müsahibə zamanı Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun haqqında, başçı təyinatından sonra həyata keçirdiyi idarəçilikdən,
yerlərdə sosial problemlərin həlli naminə göstərdiyi səylərdən, rayon ərazisində
yaşayan şəhid ailələrdən, Qarabağ əlillərinə və onların ailələrinə, aztəminatlı
ailələrə bəslədiyi diqqət və qayğıdan, rayonda abadlıq və quruculuq işlərinin
yüksək səviyyədə aparılması, vətəndaş sülhünün əldə olunması üçün atdığı müdrik
addımlardan böyük ruh yüksəkliyi ilə danışdı. Biz də fürsətdən istifadə edərək
yaşadığımız cəmiyyətin bir hissəsi olaraq KİV nümayəndələri ilə saxladığı dost,

səmimi, mehriban münasibəti dəyərləndirib və qiymətləndirərək Rəcəb Babaşova
öz təşəkkürümüzü bildiririk.
Qayıdaq əsas məsələyə.
- Əhməd müəllim, Sizinlə telefon əlaqəsi yaradan və səsinizi yazan adamın kimliyi
haqqında nə deyə bilərsiniz? - sualına Əhməd müəllimdən belə cavab aldıq.
- Mənimlə telefonda danışan adam, jurnalist kimi tanıdığım, özünü mənə Bakı
Dövlət Universitetinin hüquq fakültəsinin məzunu kimi təqdim edən Aqil Qaraşov
idi. Mənimlə həmişə dost münasibətində olub, çörək kəsmişik, evimin qapısını
açmışam ona, evimdə dəfələrlə qonağım olub, jurnalist kimi deyil, dost kimi qəbul
etmişəm. Mənimlə çox səmimi dost kimi telefon danışığı etdik. Mən də həmin vaxt
əsəbi və yorğun idim, mənimlə qıcıqlandırıcı söhbət zamanı əsəblərimi cilovlaya
bilmədim. Mən nə biləydim ki, dost kimi danışıb, sonra qərəzli mövqe tutaraq,
gizli olaraq, mənim xəbərim olmadan mənim səsimi yazıb, nakişicəsinə məni
arxadan vuracaq.
Əgər jurnalist kimi məni xəbərdar etsəydi ki, səsiniz qeydə alınır, mən səhvə yol
verməzdim.
Lakin, Bakupress.az saytında aparıcı xanımın bir vətəndaş tərəfindən informasiya
daxil olduğu deyilir. Axı özlərinin dediyi kimi, vətəndaşın kimliyi məlum deyil və
həmin vətəndaş Baku press.az saytının rəhbəri Şəfəq xanıma ünvanlanmış rəsmi
məktubla müraciət edibmi? Həmin vətəndaş təsdiqlənmiş imza və şəxsiyyətini
müəyyən edən sənəd təqdim edibmi? Bu isə KİV haqqında qanuna ziddir.
Əhməd müəllimlə müsahibədən sonra bizim jurnalist araşdırmamızdan məlum
oldu ki, bu vətəndaş Xəzər.az portalının rəhbəri Adil Qaraşovdur. Buradan belə bir
sual ortaya çıxır: Nə üçün Aqil bəy çörək kəsdiyi və həmişə hörmət gördüyü dostu
Əhməd müəllimin səsini giclicə yazaraq, öz saytına deyil, Baku press.az saytına
ötürür? Burada o, nə məqsəd güdür?
Sadəcə olaraq, Bakupress.az saytının rəhbəri Şəfəq xanımla əlbir olub özlərinin
məkrli, kirli oyunlarını qururlar. Həmin oyunun təşkilatçısı Şəfəq xanım isə
vətəndaş tərəfindən onun saytına gizli səs yazısı ilə informasiya daxil olduğunu
əlində “silah” tutaraq qarşı tərəfə Əhməd müəllimə zəng edərək xəbərdar edir və
bu məsələni neçəyə həll edərik deyərək bazarlığa girmək istəyir. Məndən də
yuxarıdakılar var… Onları da razı salmalıyam. Burada xanım nə məqsəd güdür?
Bununla görəsən “yuxarıdakılar” var deyə, kimləri nəzərdə tutur bu xanım?
Görəsən “yuxarı”dakılar onu çoxmu vadar edirlər ki, o bu addımları atmaq
məcburiyyətindədir?
Qayıdaq “dost”, “çörək” kəsmək məsələsinə. Tutduğu vəzifədən, mövqedən asılı
olmayaraq kişi-kişi ilə çörək kəsirsə, onun səsini gizli yazıb, saytlara verib
ictimailəşdirmək məgər kişilik çərçivəsinə sığırmı?
Hörmətli oxucular, öz mövqeyinizi bildirin. Hə, həm də Aqil bəyin özünü
məmurlara necə təqdim etdiyini də ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm.

Aqil Qaraşovun heç bir ali təhsili yoxdur, ancaq özünü BDU-nin hüquq
fakültəsinin məzunu kimi təqdim edir. Görəsən bu yalan təqdimatla hansı rolu
oynamaq istəyir.
Bəli, hörmətli oxucular, sizi çox yormaq istəmirəm. Daha ətraflı sizi
məlumatlandıracağıq. Hə, az qala yadımdan çıxmışdı, saxtakarlıqla Şəfəq xanım
kompüterin F-5 düyməsini basmaqla sayğacda oxucuların sayını artırır, səbr eylə,
ay Şəfəq, bu açıqlamadan sonra sənin saytının “reytinqi”ni qalxacaq.
P.S. Onu da qeyd edim ki, mən “Azərbaycan əsgəri” qəzetinin baş redaktoruyam.
Yaradıcılığım boyu, haqqın-ədalətin qoruyucusu olmağa çalışmışam. Hə zaman
düzün yanında olmuşam, əyriyə qarşı aparılan mübarizənin isə önündə durmuşam.
Tək Əhməd müəllim, deyil, minlərlə belə insanların xalq üçün, vətən üçün
göstərdikləri xidmətləri dəyərləndirmək, qiymət vermək bizim borcumuzdur.
Həmişə bir şəxs haqqında yanlış fikrə düşəndə birinci özünün kim olduğunu düşün.
Diqqət! Diqqət!
Bütün məmurların, idarə, müəssisə rəhbərlərinin və mətbuat işçilərinin nəzərinə!
Xahiş edirik Aqil Qaraşov və onun kimilərinə qarşı mübarizə aparmaq, onları
mətbuatdan yox etmək, yalan təqdimatlarını ifşa etmək lazımdır.


Elyana Dilbazi,
“Azərbaycan əsgəri” qəzetinin
baş redaktoru [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO