Azərbaycan İdeyası

Afaq Aslan Lotu Qulinin həbsindən DANIŞDI: "Allah yolunu açıq etsin "

Tarix:9-10-2018, 17:34
Baxış Sayı:235

  Afaq Aslan Lotu Qulinin həbsindən DANIŞDI: "Allah yolunu açıq etsin "

Xəbər veridyimiz kimi, dünən Lotu Qulinin Türkiyədə həbs olunması ilə bağlı xəbərlər yayılıb. Qeyd edilir ki, Nadir Səlifov izahatı alındıqdan sonra Azərbaycana göndəriləcək.

Moderator.az bildirir ki, Nadir Səlifovun Azərbaycanda sevgilisi olduğu deyilən müğənni Afaq Aslan Publika.az-a müsahibə verib.

- İşləriniz necədir?

- Yeni mahnılar üzərində çalışıram. Tezliklə dinləyicilərimi sevindirəcəyəm.

- Payız mövsümü bir çoxlarında, xüsusilə yaradıcı adamlarda depressiv əhval-ruhiyyə yaradır. Sizdə vəziyyət necədir?

- Depressiya halları məndə də olur, özümə qapanıram, heç bir iş görmək istəmirəm, uzaqlaşıram, demək olar ki, bütün çevrəmdən qaçıram. Belə anlarda gücümü bərpa etmək üçün səyahətə çıxıram, xarici ölkələri gəzirəm. Səyahət həqiqətən də, depressiya ilə ən effektiv və sürətli müalicə üsuludur.

- Sevgilinizlə münasibətləriniz necədir?

- Münasibətlərim çox ciddidir, evlənməyə hazırlaşırıq.

- Lotu Qulinin Türkiyədə həbs olunması ilə bağlı xəbərlə yayılıb...

- Vallah xəbərim yoxdur, bu xəbəri sizdən eşidirəm. Tutulubsa da, Allah yolunu açıq etsin. Nə deyə bilərəm?

- Sevgili olduğunuz haqqında yayılan məlumatlar düzdür?

- Xeyr, sevgili olmağımız barəsində yayılan məlumatlar həqiqətə uyğun deyil.

- Bəs sevdiyiniz insanın başına belə hadisə gəlsəydi nə edərdiniz?

- Böyük sevgidən söhbət gedirsə, sözsüz ki, dəstək olardım. Aramızda güclü hisslər varsa, tərk edə bilmərəm, onu yarı yolda qoymaq mənə yaraşmaz. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb