Azərbaycan İdeyası

"BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq

Tarix:6-11-2018, 11:59
Baxış Sayı:228

 "BakıKart"da balansı onlayn artırmaq mümkün olacaq

Bakıda şəhərdaxili marşrut avtobuslarında və metroda gediş haqqının ödənilməsi üçün istifadə edilən "BakıKart"ın balansını onlayn qaydada da artırmaq mümkün olacaq.
Korrupsiya-q.az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli hesab edir ki, "BakıKart"ların balansının artırılması zamanı pik saatlarında ödəniş terminalları qarşısında yaranan sıxlıqda sərnişinlərin də rolu var:
"BakıKart"ı analiz etdiyimiz zaman bir sərnişinin bir gündə 37 dəfə eyni karta 20 qəpik yükləməsi faktı aşkarlanıb. Xarici ölkələrdə, ən yaxın İstanbulu götürək, burada ödəniş terminalları çox deyil. Vətəndaş əvvəlcədən gedəcəyi yeri bilir və vaxtına qənaət edərək rahat şəkildə bir dəfə kartına balans yükləyir. Balans artırmaq dayanacaqlardakı "BakıKart" və digər ərazilərdəki "MilliÖn" aparatlarında mümkündür, amma hər dayanacaqda yükləmə aparatı olmalıdır deyə, bir təcrübə yoxdur. Bu aparatlar insanların daha çox olduğu dayanacaqlarda quraşdırılmalıdır. Bu, bütün dünyada belədir".
Qurum rəhbəri qeyd edib ki, növbəti mərhələdə gediş üçün balansın onlayn qaydada yüklənməsi sisteminin tətbiqi nəzərdə tutulur: "Bu, bütün avtobuslarda ödəniş kart sisteminə keçdikdən sonra mümkün olacaq". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO