Azərbaycan İdeyası

“Cinçıxaranların”, falçıların bazarının bağlanması üçün kompleks tədbirlər genişlənməlidir”

Tarix:12-11-2018, 14:02
Baxış Sayı:186


 “Cinçıxaranların”, falçıların bazarının bağlanması üçün kompleks tədbirlər genişlənməlidir”
Əliməmməd Nuriyev: “Xurafat daha çox o yerdə özünü büruzə verir ki, orada savadsızlıq hökm sürür”
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə böyük işlər görür”
Məlum olduğu kimi, DİN noyabrın 10-da Şabran şəhərində döyülərək qətlə yetirilən Murad Soltanovun ölümü ilə bağlı bəyanat yayıb. Bəyanatda adıçəkilən şəxsin psixi xəstə olması və bir neçə şəxsin “xalq təbabəti” qaydasında, yəni onu döyərək bədənindəki cini çıxartmağa səy edərkən M.Soltanovun ölümünə səbəb olduğu vurğulanıb.
Maraqlıdır, Şabrandakı məlum olay hətta müasir dövrümüzdə belə ölkəmizdə xurafatçılığın mövcud olması, buna qarşı sistemli şəkildə mübarizənin güclənməsi zəruriliyini aktuallaşdırmırmı? Vətəndaş cəmiyyətləri, media və eləcə də digər qurumlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xurafatçılığa qarşı apardığı mübarizəyə daha geniş dəstək verməlidirmi?
“MDTF-nin yardılması, həm də xurafata qarşı mübarizə baxımından mühüm addımdır”
Moderator.az-a açıqlama verən hüquqşünas Əlimməm Nuriyev bu istiqamətdə bütün səylərin birləşdirilməsinin zəruriliyini vurğuladı:
“Ölkəmizdə müxtəlif vaxtlarda müxtəlif səviyyələrdə xurafat olub. Bunun səbəbi isə insanların yetərincə biliyə, dünyagörüşünə malik olmamasıdır. Xurafat daha çox o yerlərdə özünü büruzə verir ki, orada savadsızlıq, məlumatsızlıq hökm sürür.
Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı maarifçilik işinə start verilib. Bu istiqamətdə böyük işlər görülməkdədir. Həm universitetlərdə, həm də kənd və rayonlarda bununla bağlı silsilə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeıliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) yaradılıb. Bu fond mənəvi dəyərlərin təbliği ilə yanaşı, həm də xurafata qarşı mübarizə aparır.
“Vətəndaş cəmiyyəti də xurafata qarşı mübarizəyə öz töhfəsini verməlidir”
Qafqaz Müsəlmanlar İdarəsi də bu istiqamətdə fəaliyyətini daha da genişləndirir. Yerlədə savadlı dini kadrların təyinatı da bu işə müsbət töhfə verir. Yerlərdəki icma rəhbərlərinin təyini, onların əmək haqları ilə təmin edilməsi, məscidlərin təmir ilə bağlı da ciddi işlər görüldü. Bütün bu işlər təbii ki, həm də xurafata qarşı mübarizənin güclənməsinə təkan verir.
Hesab edirəm ki, vətəndaş cəmiyyəti də bu məsələyə öz töhfəsini verməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılan Dini Şuranın vəzifələrindən biri də xurafata qarşı tədbirlərin hazırlanması və həyata keçirilməsidir.
“Maarifçiliklə yanaşı inzibati cəzaların da sərtləşdirilməsi zəruridir”
Bəzi hallarda falçıların peyda olması da narahatlıq doğuran haldır. Falçılara qarşı da ciddi mübarizə görülür. Bu mübarizə həm hüquq-mühafizə orqanları, həm də digər əlaqədar qurumlar tərəfindən həyata keçirilir. Çünki bu, insanların aldadılmasına, dələduzluğua gedib çıxır.
Hesab edirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitə tərəfindən bu məsələlər diqqət mərkəzindədir və buna qarşı mübarizə bundan sonra da davam edəcək. Bu istiqamətdə maarifçilik işini genişləndirməklə yanaşı, bu cür şəxslərə qarşı inzibari qaydada daha sərt addımlar atmağa ehtiyac var. “Cinçıxaraların”, falçıların bazarını bağlamaq üçün kopmpleks tədbirlərin həyata keçriilməsi zəruridir”.



[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb