Azərbaycan İdeyası

Vərəmə yoluxmuş Qarabağ əlili ev istəyir

Tarix:12-11-2018, 14:18
Baxış Sayı:228


 Vərəmə yoluxmuş Qarabağ əlili ev istəyir

İlham Murtuzov: “Dövlətdən istədiyim odur ki, ev versinlər, uşaqlar vərəmə yoluxmasın…”
“Ağdərədə güllə belimdən dəyib kürəyimdən çıxıb. Məni vertolyotla Bakıya hospitala gətiriblər. Müalicədən sonra 3-cü qrup əlillik veriblər. İndi vərəm dispanserindəyəm. Vəziyyətim ağır, maddi imkanlarım isə yox səviyyəsindədir. Dövlətdən kömək istəyirəm”.
Qarabağ əlili İlham Qiyas oğlu Murtuzov belə deyir. Onun sözlərinə görə döyüş yolu 1992-ci ilin oktyabrın 21-də Şəmkir batalyonundan başlayıb. Ağdamda, Fərrux dağında döyüşdə olub, sonra Ağdərəyə göndərilib: “Həmin il noyabrın 17-də Ağdərədə döyüşdə olduq. Ağır yaralandım. Tərtər hospitalına apardılar. Oradan ağır yaralandığıma görə Bakıya hospitala göndəridilər. 3-cü qrup əlillik verdilər. 3 il pensiya aldım. Sonra kəsdilər. Bu günə qədər də vermirlər. Məni get-gələ salırlar. 2011-ci ildə vərəmə yoluxdum. 3 il yarım vərəm xəstəxanasında yatdım. Bundan sonra ayda 145 manat olmaqla 3 il pensiya verdilər. 2016-da Mərkəzi VTEK-ə getdim. Yenə 3-cü qrup verdilər. Dedilər vərəm deyilsən. Halbuki hazırda yenə də 8 saylı Vərəm Xəstəxanasında müalicədəyəm. Qardaşımın, bacımın uşaqları da eyni evdə yaşayırıq. Evimiz 68 kvadratdı. 10 nəfərik. Qarabağ əliliyəm, sənədlər də var. Dövlətdən istədiyim odur ki, ev versinlər. Uşaqları vərəmə yoluxdurmaq istəmirəm”.
Qarabağ əlilinin sözlərinə görə illərdir ki, Suraxanı rayonu İcra Hakimiyyətində ev növbəsindədir. Amma onun növbəsi çatmır. Xahiş edir ki, durumunu nəzərə alıb ona ev versinlər. “Yeni Müsavat” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb