Azərbaycan İdeyası

Ekspert: Məhsulun qapağı açıldıqdan sonra üç gün saxlamaq olar

Tarix:13-11-2018, 12:48
Baxış Sayı:251

  Ekspert: Məhsulun qapağı açıldıqdan sonra üç gün saxlamaq olar

Zaman-zaman vətəndaşların mağazadan aldığı ağartı məhsullarının istifadəyə yararsız olduğu barədə məlumatlar eşidirik. O da məlum olur ki, bu məhsulların istifadə müddəti başa çatmayıb.
Bəs, ağartı məhsullarının saxlanma şərtləri necədir?
Qida üzrə mütəxəssis Günel Məlikzadə Oxu.Az-a açıqlamasında bildirib ki, ağartı məhsulları yüksək riskli məhsullar qrupuna aiddir:
“Onların saxlanılmasına ciddi riayət edilməlidir. Məhsulun temperatur şərtlərinə riayət edilmədikdə tərkibindəki mikrobioloji dəyişiklik baş verir. Bu da insan sağlamlığı üçün təhlükə yaradır.
Odur ki, ağartı məhsulları 0-4 dərəcə soyuq temperaturda saxlanılmalıdır. Vətəndaş məhsulu alan zaman istehsal tarixinə baxmalı, qeyd etdiyimiz dərəcəyə diqqət etməlidir. Ağartı məhsulunun qapağı açıldıqdan sonra isə yalnız üç gün saxlamaq olar”.
Günel Məlikzadə bildirib ki, qaydalara əməl edilmədikdə qida zəhərlənmələri baş verə bilər:
“Bu məhsulların ağırlığı insanların həssaslığına görə dəyişir. Belə ki, həssas əhali qrupu olan uşaqlar, yaşlılar daha tez zəhərlənə bilərlər. İmmunitet çatışmazlığı olan insanların zəhərlənməsi ölüm hallarına səbəb ola bilər”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, vətəndaşlar bu cür hallarla rastlaşdıqda agentliyin qaynar xəttinə məlumat verməlidirlər. Bundan sonra qurumun mütəxəssisləri məsələ barədə dərhal araşdırma aparacaqlar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb