Azərbaycan İdeyası

Mənim Çexiyada heç bir mülküm yoxdur” - Şeyx

Tarix:26-11-2018, 12:26
Baxış Sayı:8 059


“Mənim Çexiyada heç bir mülküm yoxdur”  Mənim Çexiyada heç bir mülküm yoxdur” - Şeyx

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Çexiyada mülklərinin olması ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Korrupsiya-q.az xəbər verir ki, Şeyx “Yeni Müsavat”a müsahibəsində bu xəbərləri təkzib edib: “Tamamilə yalan məlumatdır. Mənim orda heç bir şeyim yoxdur. Mən artıq uzun illərdir ki, Karlovı Varıda müalicə alıram. Orada həkimlərim var, hər il məni müalicə edirlər. Hər dəfə müalicəyə gedəndə orada namaz qılmağa yer tapmaq problem olurdu. Odur ki, ibadət, namazlarım üçün münasib yer axtarırdım. Adını çəkmək istəmədiyim azərbaycanlı iş adamları var, din xadimi olaraq ehtiram göstərib orda namaz qılmaq üçün mənə bir yer aldılar. İki maşınlıq qarajının üstündə yerləşən 23-24 kvadratlıq yeri alıb orada otaq, mətbəx və dəstəmazxana düzəltdirib vermişdilər mənə. Orda Quranım, namaz səccadəm vardı. Bir də yerli yeməkləri yeyə bilmirdim deyə, orada ayrıca yemək hazırlayırdıq. Allah rizası üçün bu savab işi etmişdilər. Məlum şayiələr yayıldıqdan sonra mən o yerdən imtina etdim, sahiblərinə qaytardım. Məqsədli şəkildə xəbərlər yayırlar ki, guya orada mənim böyük əmlaklarım var. Belə şayiələri qəsdən şişirdirlər. Bütün bunlar dövlətçiliyimiz adına, dini lider olaraq şəxsimə qarşı düşmənçilik məqsədlidir. Amma narahat deyiləm, haqqı qoruyan Allahdır”.
A.Paşazadə deyib ki, onun haqqında çox şeylər yazırlar. Lakin bunların heç biri həqiqətə uyğun deyil.
Şeyx oğlunun ailəsi ilə birgə İstanbula köçməsi haqda xəbərlərə də münasibət bildirib: “O da yalan məlumat idi. O zaman gəlinim xəstə idi, İstanbula müalicə üçün getdilər. Təbii ki, uşaqları da özləri ilə apardılar. Mən deyirəm ki, oğul mənimdir, heç yerə getməyib, Bakıda yaşayır. Amma bunu da bir hadisəyə çevirdilər, mənə qarşı kampaniyaya çevirdilər. Halbuki əsası yox idi, amma yazırdılar”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto