Azərbaycan İdeyası

Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ də var

Tarix:28-11-2018, 12:23
Baxış Sayı:7 993

 Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ də var

Təəssüflə bildirirəm ki, təhsil sahəsində neqativ halları tam aradan qaldıra bilməmişik. Hələ də neqativ hallar var.

Korrupsiya-q.az-ın məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov Müəllimlərin XV qurultayında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, dövlətin siyasəti və prezidentin həyata keçirdiyi strategiyada müəllim və məktəbə yüksək qiymətin verilməsi başlıca xətt təşkil edir:
“Təhsilin infrastrukturunun yaxşılaşdırılması istiqamətində son 15 ildə mühüm addımlar atılıb. Müəllimlərin sosial həyat səviyyəsinin, tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. İnanıram ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən islahatlar Azərbaycan təhsilinin müasir tələblərə uyğunlaşması istiqamətində atılan ən cəsarətli addımdır. Əsası qoyulan bu islahatlar gələcəkdə Azərbaycan təhsilini yeni səviyyəyə qaldıracaq”.
Əli Əhmədov bildirib ki, təhsil Azərbaycan cəmiyyətinin dünyada rəqabət qabiliyyətinin artırılmasına xidmət göstərə biləcək ən fundamental amillərdəndir:
“Yüksək biliklərə malik olan insanlar lazım olan təhsil səviyyəsinə malik olmayan işçilərdən üç dəfə çox əməkhaqqı alırlar. Bu da təbiidir. İnsanların məşğulluğunun təmin edilməsində, onların təhsilli olması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda təhsilin yalnız nəzəri biliklərə deyil, vərdişlərə, bacarıqlara da yönəlməsi vacibdir.
Azərbaycanda təhsilli insanların öz bacarığını nümayiş etdirməsi 60 faiz civarındadır. İnkişaf etmiş ölkələrdə isə bu 80 faizdən yuxarıdır. Məktəblərimiz vərdişlərin öyrədilməsinə böyük önəm verməlidir”.
Baş nazirin müavini qeyd edib ki, məktəbin idarə olunmasının demokratikləşməsi təhsilin qarşısında duran ən böyük vəzifələrdəndir:
“Özəl təhsilə önəm verilməsi və inkişaf etdirilməsini vacib hesab edirəm. Bu, bir yandan Azərbaycan büdcəsinin yüngülləşdirilməsinə, ikinci bir tərəfdən təhsilə qoyulan vəsaitinin artmasına gətirib çıxara bilər. Təhsildə rəqabətqabiliyyətliliyin artması, təhsilin məzmun və keyfiyyətinin yaxşılaşdırılması dövlət və özəl sektorun bərabər inkişaf etdirilməsi ilə bilavasitə əlaqədardır.
Təbii ki, idarəetmədə neqativ hallara qarşı mübarizənin gücləndirilməsinə diqqət etməliyik.
Cəmiyyətə mənfi təsir göstərən ən böyük faktor, hesab edirəm ki, təhsil sahəsindəki neqativ hallardır. Təəssüflə bildirirəm ki, bu sahədə neqativ halları tam aradan qaldıra bilməmişik.
Azərbaycan cəmiyyəti bunu görür, Təhsil Nazirliyinin apardığı islahatlar bu neqativ halların aradan qaldırılması istiqamətində ciddi addımlar kimi qiymətləndirilir. Qarşımızda vəzifələr çoxdur. Daha ciddi addımların atılmasına ehtiyac var". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub