Azərbaycan İdeyası

Anası gəzən ağacı... - Müəllim ailəsi vətəndaşa qızıl "atıb"Müəllim ailəsi vətəndaşa qızıl "atıb"

Tarix:14-12-2018, 12:29
Baxış Sayı:269



Müəllim təkcə məktəbdə deyil, cəmiyyət içində, ailədə də nümunəvi olmalıdır. Əgər onu hamı öz sözünə xilaf çıxan, etibardan sui-istifadə edən, yalançı biri kimi tanıyırlarsa, şagird tərbiyə etməyə haqqı yoxdur. Axı, təhsil təkcə təlimdən deyil, həm də tərbiyədən ibarətdir. Şəxsi nümunə isə tərbiyəvermənin ən bariz, üzdə olan növüdür.
Tovuz rayonunun Qovlar qəsəbə sakini Allahverdiyeva Validə Əziz qızı redaksiyamıza ərizə ilə müraciət edərək, qəsəbədəki tam orta məktəbdə müəllimə işləyən Qasımova Ellada Nurəddin qızından şikayətlənmişdir. V.Allahverdiyeva bildirir ki, Ellada müəllimə 2014-cü ildən etibarən ondan dəfələrlə qızıl zinət əşyaları satın almış və pulunu vəd etdiyi vaxtlarda qaytararaq etibarını qazanmışdır. Lakin axırıncı dəfə onlara gələrək, bu kəs qızı Şəfa üçün perspektivli iş görmək məqsədilə təxminən 80-100 min manatlıq qızıl zinət əşyaları nisyə götürmək istədiyini bildirmişdir. Vaxtında qaytaracağına inandırmaq üçün qardaşı Mayılın goruna and içmişdir. V.Allahverdiyeva ona əlində cəmi 16 min manatlıq qızıl zinət əşyaları olduğunu demiş, E.Qasımova da həmin zinət əşyalarını götürərək bir həftəyə pulunu qaytaracağını vəd etmişdir.
Ərizədən oxuyuruq: "Həmin xanım bir il müddətində müxtəlif bəhanələrlə məni aldadaraq pulu verəcəyini deyirdi. Üç ildir ki, telefonumu açmır. Mən məcburiyyət qarşısında qalıb Tovuz rayonunda müəllimə işləyən qızı Şəfagilə gedib anasından ona verdiyim qızıl əşyalarımı və ya pulunu alıb mənə qaytarmasını xahiş etdim. Elladanın qızı və kürəkəni məni təhqir edib qapıdan qovdular, "get, nə edirsən et, bir də səni bu qapıda görmək istəmirik, bir də gəlsən, səni öldürərik" dedilər. O gündən Tovuz rayonunun hüquq-mühafizə orqanlarına müraciət eləsəm də, heç bir nəticəsi olmadı. Ona görə də yuxarıda qeyd etdiklərimi ictimailəşdirməyinizi xahiş edirəm".
Göründüyü kimi, məsələ sadəcə borc dartışması deyil, ortada dələduzluq, etibardan sui-istifadə etmək yolu ilə alıb-aldatma faktı var. Öyrənməyə dəyər ki, E.Qasımova müəllimlik fəaliyyətində də kimlərisə aldadıbmı? Alıb - aldatmağa meylli olan bu xanım pedaqoji fəaliyyətində öz vəzifəsindən sui-istifadə edirmi? Bütün bu suallar hələ ki açıq qalır. Ortada olan budur ki, söhbət yaxşılığa yamanlıq etmiş bir yox, iki müəllimədən gedir. Necə deyərlər, anası gəzən ağacı...
Aldadılan şəxsin müraciət etmiş olduğu Tovuz rayon hüquq-mühafizə orqanlarının da məsələyə münasibətini öyrənməyə çalışacağıq.


Movzuya qayidacagiq [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO