Azərbaycan İdeyası

Kimlərinsə baş redaktorumuzu qəzetimizin keçmiş əməkdaşının qanunsuz əməllərinə şərik çıxarmaq cəhdləri uğursuz alınacaqdır

Tarix:17-12-2018, 13:27
Baxış Sayı:444

"Qəzetinizin həmişə qanunsuzluğa, ədalətsizliyə və haqsızlığa qarşı çıxması və problemləri ictimailəşdirərək, neqativ hallara rəvac verən şəxslərin barəsində qəti tədbirlər görülməsinə çalışması haqda çox eşitmişik" - Redaksiyamızın sabiq əməkdaşı, Zaqatala rayonunun Faldar kənd sakini Durmuşov Sadiq Fəxrəddin oğlu barəsində poçtumuza ünvanlanmış növbəti şikayət ərizəsi məhz bu giriş sözləri ilə başlayır.
Ərizənin müəllifləri, Zaqatala rayonunun Danaçı kənd sakinləri Davudova Sona Məmmədtahir qızı və Xamaçova Patimat Məhəmməd qızı yazırlar ki, 2017-ci ilin iyul ayında S.Durmuşov özünü jurnalist kimi təqdim edərək, onlara 3 ay ərzində pensiya düzəldəcəyini vəd edərək, Sonadan 2800, Patimatdan 3450 manat pul almışdır. Lakin üstündən xeyli müddət keçməsinə baxmayaraq, nə vədini yerinə yetirmiş, nə də pullarını qaytarmışdır. Xeyli get-gələ salındıqdan sonra aldadıldıqlarını başa düşərək, Zaqatala rayon Polis Şöbəsinə müraciət etmişlər. Şöbənin müstəntiqi, istintaq işini çevik və obyektiv aparan Zakir Xəlilov barəsində şikayət olunan S.Durmuşovu dərhal həbs etdirmiş, cinayət işi açmışdır. İstintaqın gedişində məlum olmuşdur ki, Durmuşov bir il əvvəl Bakı şəhərində eyni motivli cinayət əməli törədərək iki nəfər şəxsi aldatmış, birindən 1000, digərindən 2000 manat pul alaraq mənimsəmişdir. Onun işi məhkəməyə verilərək, dəymiş ziyanı ödəməyə məcbur edilmiş və əlavə olaraq 3000 manat cərimə olunmuşdur. Lakin o, bundan ibrət götürməmiş, yenidən cinayət əməli törətmişdir.
Şikayətçilər yazırlar ki, müstəntiq Xəlilov Durmuşovdan onlara vurduğu ziyanı ödəməyi tələb etmişdir. Di gəl, Durmuşov ziyanı ödəmədiyindən, materialları məhkəməyə təqdim etmişdir. Ərizə müəllifləri təəssüf hissi ilə qeyd edirlər ki, rayon məhkəməsinin hakimi Arif İsmayılov onların mövqeyi ilə razılaşmadan, Durmuşovu zamin adı ilə dərhal azad etmişdir. Soruşanda da suala sualla cavab vermişdir: "Onu tutdurmaqla sizə nə çatacaq? Sizin pulunuzu ödətdirmək üçün azad etmişəm".
Şikayətçilər xatırladırlar ki, Durmuşovu Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir. Onlkarın fikrincə, hakim Arif İsmayılov işi qəsdən yubadır və açıq-aşkar Durmuşovun tərəfini saxlayır. A.İsmayılov prosesin gedişində şikayətçiləri dilə tutmuşdur ki, təqsirləndirilən şəxs borcunu 1 ay ərzində ödəyəcəyini öhdəsinə götürdüyündən, ona qarşı şikayətlərinin olmnadığı barədə ərizə yazsınlar və onun barəsində 178.2.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı cəzanın, yəni, cərimə cəzasının təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etsinlər.
Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələrdə də qeyd etmişdik ki, qəzetimizin sabiq əməkdaşı Durmuşov Sadiq Fəxrəddin oğlunun dələduzluq əməllərindən yazmaq təəssüfümüzə səbəb olursa da, onun öz suçlarını qəzetin baş redaktorunun üstünə yıxmaq cəhdlərindən yazmaq ikiqat məyusluğumuza səbəb olur. Çünki illər uzunu həm maraqlı informasiya ilə təmin ediyimiz oxucuların, həm də onların sırasından pozulmuş hüquqlarının müdafiəsinə qalxdığımız, problemlərini ictimailəşdirərək həllinə yardımçı olduğumuz vətəndaşların qəzetimizə, qəzet rəhbərliyinə olan inam və etimadını itirmək istəmirik. Göründüyü kimi, Durmuşovdan zaval görən vətəndaşlar qəzetimizə, onun baş redaktoruna inam və etimad bəsləyirlər. Jurnalistin işi Durmuşov kimi korrupsiya motivli sövdələşmələr qurmaq, qeyri-qanuni vasitəçilik xidməti göstərmək, rüşvətlə məsələ həll etmək deyildir. Durmuşov məhz öz işinin, vəzifəsinin nədən ibarət olduğunu bilmədiyi üçün redaksiyamızdan kənarlaşdırılmışdır. Kiminsə, kimlərinsə qəzet rəhbərliyini keçmiş əməkdaşın qanunsuz əməllərinə şərik çıxarmaq cəhdləri uğursuz alınacaqdır [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb