Azərbaycan İdeyası

2018-ci ildə vəzifəsini itirən məmurlar - SİYAHI

Tarix:20-12-2018, 13:01
Baxış Sayı:195

 2018-ci ildə vəzifəsini itirən məmurlar - SİYAHI
2018-ci ilin tarixə qovuşmasına qısa bir zaman qalıb. Bu il nazir postu ilə vidalaşanlar da olub.
Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə əlaqədar Nazirlər Kabineti buraxılıb. İlham Əliyev prezident seçildikdən sonra Nazirlər Kabinetində köklü dəyişikliklər baş verib.
Belə ki, 22 il baş nazir postunda olan Artur Rasizadəni Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olmuş Novruz Məmmədov əvəzləyib.
Baş nazirin müavinlərindən Abid Şərifov və Xalq yazıçısı Elçin Əfəndiyev bu dəfə vəzifələrindən kənarda qalıblar.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə baş nazirin müavini təyin olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovu millət vəkili Muxtar Babayev, kənd təsərrüfatı naziri Heydər Əsədovu isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov əvəzləyib.
İnam Kərimovun yerinə müavini Ülvi Mehdiyev təyinat alıb.
Sabiq təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunduqdan sonra təhsil naziri vəzifəsi Ceyhun Bayramova tapşırılıb.
Oxu: 2018-ci ildə Azərbaycan təhsili necə yadda qaldı? - XRONİKA
Kadr dəyişiklikləri nazir postları ilə yekunlaşmayıb.
Belə ki, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Əli Həsənovun yerinə millət vəkili Rövşən Rzayev gətirilib, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevi millət vəkili Vüsal Hüseynov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevi isə müavini Səfər Mehdiyev əvəz edib. Eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun yerinə millət vəkili Fuad Muradov təyinat alıb.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi olaraq iki quruma bölünüb. Mədəniyyət naziri Əbülfəs Qarayev, Dövlət Turizm Agentliyinin sədri isə Fuad Nağıyev olub.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev də postunu itirib. Onu “Azərişıq” ASC-nin sədri Baba Rzayev əvəz edib.
Hacıbala Abutalıbovun postuna noyabrın 15-də Eldar Əzizov təyin edilib.
Bu il fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli sədr təyinatı alıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb