Azərbaycan İdeyası

Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana səsləndi: -"Budurmu insanlıq...”

Tarix:10-01-2019, 16:28
Baxış Sayı:274


 Dilqəm Əsgərovun oğlu bütün Azərbaycana səsləndi: -"Budurmu insanlıq...”

"120 kilo çəkisi olan atamın indi 45 kilo çəkisi qalıb"
Ötən beş il ərzində atamın səhhətində çox ciddi problemlər yaranıb. Əvvəllər atamdan məktub alsam da əfsuslar olsun ki, artıq 1 il 2 aydır atamdan məktub gəlmir. Beynəlxalq Qırmızı Xaç Komitəsi bir aydan bir atamdan məktub, üç aydan bir video görüntü gətirməlidir. Ancaq bugünkü gün nə məktub var, nə də video...
Moderator.az xəbər verir ki, bu sözləri Dilqəm Əsgərovun oğlu Miq.Az xəbər portalının əməkdaşına açıqlamasında deyib.
Bildirib ki, Qızıl Xaç Komitəsi sonuncu dəfə 2017-ci ilin noyabr ayının 1- də atasının yazdığı məktub ona təqdim edib.
"O vaxtdan indiyədək bizə ancaq şifahi məlumat verirlər ki, atanın səhhəti yaxşıdır. Heç bir problemi yoxdur. Sual olunur, əgər atamın səhhəti yaxşıdırsa, heç bir problemi yoxdursa, nəyə görə Azərbaycanda saxlanılan erməni diversantlara yaradılan şəraitdən bizə də yaradılmır. Şəxsən mən atamla canlı Skayp vasitəsi ilə görüntülü danışım və yaxud da atamdan bir dəqiqəlik canlı video gətirsinlər ki, mən görüm atam danışır, oturur, durur hərəkət edir. Bunların hamısından bizi məhrum ediblər, ancaq erməni diversanta elə şərait yaradılıb ki, ailəsindən üç aydan bir beş dəqiqədən artıq canlı görüntü ilə danışmaqla yanaşı, hətta çin ingilis dili öyrənir, mütəmadi həkim nəzarətində saxlanılır. Ancaq 120 kilo çəkisi olan atamın indi 45 kilo çəkisi qalıb, budurmu insanlıq...”, - deyə söyləyib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb