Azərbaycan İdeyası

AĞAMMƏD İBAYEVİN QANUNSUZ ƏMƏLLƏRİ TƏSDİQİNİ TAPDI - İSMƏTLİ MƏKTƏBİNİN DİREKTORUNUN QOHUMLARI VƏ TƏRƏFDARLARI ŞİKAYƏTÇİ MÜƏLLİMLƏRİ "RAZBORKA"YA ÇAĞIRIRLAR

Tarix:9-04-2019, 15:21
Baxış Sayı:3 261

AĞAMMƏD İBAYEVİN QANUNSUZ ƏMƏLLƏRİ TƏSDİQİNİ TAPDI - İSMƏTLİ MƏKTƏBİNİN DİREKTORUNUN QOHUMLARI VƏ TƏRƏFDARLARI ŞİKAYƏTÇİ MÜƏLLİMLƏRİ "RAZBORKA"YA ÇAĞIRIRLAR

[b][/b]


Biləsuvar rayon Xanlar Qafarov adına İsmətli kənd orta məktəbinin müəllimlərinin əslini Təhsil nazirinə, surətini isə "Korrupsiya və qanun" qəzetinin redaksiyasına göndərdikləri üçüncü ərizədə məktəbin direktoru Ağamməd İbayevin qanunsuz əməlləri, əvvəlcə müəllimlər, sonra da şagirdlər arasında təfriqə yaratması barədə növbəti məlumatlar yer almışdır. Bu mövzuda qələmə aldığımız əvvəlki məqalələrdən xatırlatmalar verib oxucuları yormaq istəmirik. Yalnız təzə ərizədə ehtiva olunan yeni informasiyaları oxucuların müzakirəsinə buraxırıq:
"Ötən il sentyabrın 15-dən oktyabrın 5-nə kimi analıq məzuniyyətində olmuş ingilis dili müəllimi Nigar Mirzəyevanın bölünmə dərs saatlarının əksəriyyəti (11 a, 8 b, 6 a, 7 a, 9 b) keçirilmədiyi halda qanunsuz olaraq sinif jurnallarının yazılması halları mövcuddur. Direktor dərs dediyi 11 b sinfində dərs ilinin əvvəlindən indiyə kimi 33 saatdan çox dərs buraxmışdır (keçən il 147 saat). 2017-ci ilin sentyabrından indiyə kimi tədris planında orta məktəblərin 10-11 təmayül sinifləri üçün nəzərdə tutulmuş "nitq mədəniyyəti" dərsi bir dəfə də olsun keçirilməmiş və dərs cədvəlində də bu öz əksini tapmamışdır. Lakin qanunsuz olaraq jurnal yazılmış, əmək haqqı alınmış və alınmaqdadır. Görünür, direktorun başı özünə, müəllimlər və uşaqlar arasında qruplaşma, çaxnaşma, qarşıdurma yaratmağa elə qarışıb ki, bir daha dərs deməyi unudub. Belə olmasaydı, yaxınlarının İlhamə müəllimə haqqında tərtib etdikləri saxta imzalarla yazılmış, şər-böhtanla dolu ərizəni araşdırmadan "bax, budur sizə adekvat cavab, təsir əks-təsirə bərabərdir, 17 müəllim yalan danışa bilmirsə, 17 şagird də yalan danışa bilməz, sizi məhkəməyə verəcəyəm" - deyə təhsil şöbəsinin işçiləri yanında müəllimlərə hədə-qorxu gəlməzdi. Niyə məhz 17 şagird? - Bax, bu haqda düşünməyə dəyər!"
İndi isə direktorun saxta əməllərinə qarşı çıxdığına görə təhdidə məruz qalmış Alışanlı İlhamə müəllimənin redaksiyamıza göndərdiyi müraciətnaməni əlahiddə nəzərdən keçirək:
"Mən 2018-ci il dekabrın 22-də dərs dediyim X b sinfində haqsızlığa uğramışam. Özünü idarə edə bilməyən şagirdə dərsdə acıqlandığım üçün həmin şagirddən mənə qarşı istifadə etmişlər. Məktəbin direktoru İbayev Ağammədin baldızı Bəhmənova Güldanə və qızı İbayeva Nərmin həmin şagirdi öyrədərək, sinifdə mənə qarşı saxta imza toplamışlar. Mən heç bir şagirdi təhqir etməmişəm, heç bir müəllim haqqında təhqiredici ifadələr işlətməmişəm".
Keçid alaq İsmətli kənd məktəbində baş verən olayları müşayiət edən digər assosiasiyalara. Beləliklə, müəllimlərin imzası ilə Təhsil nazirinə ünvanlanmış şikayət məktubu 23 noyabr 2018-ci il tarixdə 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əmri ilə yoxlanılmışdır. Mərkəzdən verilmiş arayışda göstərilir ki, məktub şikayətçilərin iştirakı ilə araşdırılıb:
"Araşdırma zamanı məktəbdə pedaqoji kollektivlə söhbət əsnasında bəlli oldu ki, müəllimlərin əksəriyyəti rəhbərliyin idarəetməsindən, xarakterindən narazıdır. Bir qrup bitərəf olduğunu, digər bir qrup isə rəhbərliyə tərəf olduğunu bildirdi".
Arayışda yer alan bu cümlədəki "əksəriyyət" sözü o deməkdir ki, direktordan narazı olan müəllimlərin sayı 17-dən və hətta məntiqlə yanaşsaq 22-dən də çoxdur. Çünki məktəbdə 45 müəllim var. Əslində yaxşı direktor o kəsdir ki, hamı ona tərəf olmalıdır. Tutaq ki, narazılar məkrli adamlardır. Bəs bitərəflər necə? Onlar pisi-yaxşıdan ayıra bilməyəcək qədər müşahidəsizdirlərmi? Yaxud, məktəb kollektivinin atmosferini pozan bu qarşıdurmaya niyə laqeyd qalmalıdırlar ki? Bu nöqteyi-nəzərdən, bitərəfləri narazı olub da gözləmə mövqeyində duranlar hesab etmək olar.
Arayışdan oxuyuruq:
"Məktub 17 nəfərin imzası ilə yazılsa da, 12 nəfər müəllim imzasını təsdiqlədi. Onlardan bir nəfər - direktor müavini - Əliyev Fətağa Hacıbala oğlu vəzifəyə yeni təyin olunduğu üçün imzasını geri götürdü. Təbii ki, bu, belə də olmalı idi. Çünki yeni təyin olunmuş direktor müavini direktoru müdafiə etməli idi.
Sağlamlığı məhdud olan - evdə təhsil alan V sinif şagirdi Dövlətli Fatimə Rəfail qızına tədris planına uyğun olaraq 1 saat ingilis dili, 0,5 saat isə rus dili fənni tədris edilməli idi. Məktəbdə ingilis dili müəllimi olduğu halda Dövlətli Fatimə Rəfail qızına ingilis dili dərsi keçirilmir. Direktor bu dərsin pulunun ödənilmədiyini əldə əsas tutur. Lakin valideyn Dövlətli Rəfail qızına ingilis dili dərsinin keçirilməsini haqlı olaraq rəhbərlikdən tələb edir. Məktəbdə fərdi təhsilə cəlb olunan 2 nəfər V sinif şagirdi - Qaraşova Gülnarə Səlim qızı və Nərimanlı Güllübəyim Fizuli qızı ayrıca sinif otaqlarında fərdi qaydada təhsil almalı olduqları halda sinifdə şagirdlərlə birgə təhsil almalarına baxmayaraq onlar üçün məktəbdə xüsusi dərs saatlarına əsasən (hər birinə 9 saat) cədvəl tərtib olunub.
Məktəbdə fakültativ və dərsdənkənar məşğələ saatları məktəb həmkarlar təşkilatının, direktor müavinlərinin xəbəri olmadan direktora yaxın olan müəllimlər arasında rəhbərlik tərəfindən bölünmüş, şagirdlərin maraq və istəkləri nəzərə alınmamış, varislik qorunmamışdır.
Məktubda adları sadalanan texniki işçilərin - İbayeva Məhəbbət Adış qızının əvəzinə anasının işləməsi faktı təsdiqləndi. Cədvəldə adı dalandar gedən Rəhmanova Nəzirə Kazım qızı, axşamgözətçisi Hüseynova Nərminə İmran qızı, kiçik xidmətçi Hadıyev Rahim Mirəşrəf oğlu, ocaqçı Mirzəyev Alim Afil oğlu məktəbdə hansı vəzifəni yerinə yetirdiklərini, vəzifə funksiyalarını, adlarına olan bank kartlarındakı aldıqları əmək haqlarının məbləğini belə bilmədilər. Belə nəticəyə gəlmək olur ki, onların əmək haqlarını rəhbərlik özü tənzimləyir (Redaksiyadan: Yəqin arayışın mətnini hazırlayan şəxslər - N.Zərbəliyev, F.Cəbrayılova, T.Babayev mətndə "tənzimləyir" əvəzinə "mənimsəyir" sözünü yazmağa tərəddüd ediblər, Məhəbbət Adış qızının soyadının İbayev olmasına əlahiddə qiymət verməkdən çəkiniblər və yəqin ki, bu, onların direktora tərfdar olduqlarının deyil, özlərinin çox mədəni adam olduqlarının təzahürdür). Bu da işçilərin hüquqlarının rəhbərlik tərəfindən bilərəkdən pozulması halıdır.
Kollektivlə aparılan söhbət zamanı məlum oldu ki, məktəbin direktoru İbayev Ağamməd Teymur oğlu məktəbin idarə edilməsində bir sıra ciddi nöqsanlara (yumşaq ifadədir - müəllif.) yol vermişdir. Məktəbdə aparılan böyük summativ qiymətləndirmədə sualların hazırlanıb keçirilməsində metodbirləşmə rəhbərlərinin, fənn müəllimlərinin rəyi, fikri öyrənilməmişdir. Bütün qərarları tək özü vermişdir. Belə hərəkətlərinə görə müəllimlərlə rəhbərlik arasında qarşıdurma yaranmışdır. Kollektivdə sağlam mühitin olmaması məktəbdə qruplaşmaya səbəb olmuşdur. Təbii ki, bu da təhsilin keyfiyyətinə öz mənfi təsirini göstərmişdir".
Maraqlıdır ki, bunca ciddi qanunsuzluqlara qol qoyduğu təsdiqlənən direktor və havadarları, ələlxüsus da qardaşı oğlu Hüseyn İbayev (bu, başa düşüləndir) təkcə bir məsələni - şikayətçi müəllimlərinin sayının 17-dən 12-yə düşməsini (Bu, hələ o demək deyildir ki, 12 müəllim yalan danışır - müəllif.) qabardaraq qəzetin internet saytında gedən tənqidi yazıların altındakı "şərhlər" bölümündə istər öz adları, istərsə də qondarma adlar altında baş redaktorumuza hücum kampaniyası təşkil ediblər, şikayətçi müəllimlərin ünvanlarına təhqirlər yağdırır, yazı müəllifini savadsızlıqda, rüşvətxorluqda suçlayırlar. Rəylərindən məlum olur ki, onlar hətta qəzetimizin adına da dodaq büzürlər. Bunu da başa düşürük: Korrupsiyaya qurşananlar gec-tez qanun qarşısında cavab verəcəklərini bildikləri üçün adı ""Korrupsiya və qanun" olan qəzet onları əndişələndirməlidir. İş o yerə çatıb ki, moderatorumuz şərhlərdəki təhqiramiz ifadələri silib çatdıra bilmir. Şərhlərdə İbayevlər və tərəfdarları direktordan şikayət edən müəllimləri "razborkaya" dəvət edirlər. Belə davam edərsə, onlar haqqında artıq hüquq-mühafizə orqanlarına məlumat vermək və şərh bölümünü bağlamaq məcburiyyətində qalacağıq.



Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Malik 23 yanvar 2019 16:13
  Жалоба     
Sizə tşk edirəm Xuraman xanım.Bu cürnə rüşvətxorluqla məşğul olanları üzə çıxardırsınız.
Samir 23 yanvar 2019 16:22
  Жалоба     
Xuraman Xanim salam Allah sizi qorusun,bele cinayet emellerini etmiş direktoru ifşa edirsiz, Allah sizi qorusun Xanim
Besdi 23 yanvar 2019 18:07
  Жалоба     
Göresen indide şerh yazacaklar,tehqiramiz,day yazmazlar çünkü müellimlerin dediylerin artiq teşkilatlar tesdiqleyib, Xuraman Xanim qeleminize qüvvet
Emil 24 yanvar 2019 11:39
  Жалоба     
Xuraman Xanim salam çox maraqlidi direktör atestat satır,dövlet büdcesini talayir,maraqlisida burasindadi bu deyilenler hamisi tesdiqin tapib, bunları bile bile direktoru himaye edirler.siz sağ olun ki,bele qanunsuzluqlari ictimaileşdirir ve Cenab Prezidentimizin korrupsuya ile apardigi mübarizede yardımcı olursunuz.Allah haqqi deyenleri qorusun Amin...
Şikayət edən uşağın valdeyni 24 yanvar 2019 13:53
  Жалоба     
Salam Xuraman xanım.Mən İlhamə Alışanovanı şikayət edən uşağın valdeyniyəm.İlhamə Alışanova yalnış məlumat verib,düşünmürki yalanla qurulan hər şey zamanla yıxılır.Mən uşağımın tərbiyəsinə cavabdehəm.Mənim uşağım heç bir vaxt müəlliməsinə qarşı yalnış hərəkət etməz.İlhamə Alışanov siz deyirsiz ki,mənim uşağımı öyrədiblər.Sizin dediyiniz müəllimələr hal-hazırda o məktəbdə ən hörmətli,savadlı və ən başlıcası da hər kəsə öynəy olacaq qeder hörmətli müəllimələrdir.Siz 2018-ci il 22 dekabr tarixində Xb sinfində mənim uşağımın sadəcə sizi çağırmasına görə təhqiramiz sözlər işlətmisiniz.Mənim uşağım elə tərbiyədə deyilki öz başına hərəkət etsin,o şikayəti etməsinə biz valdeynləri icazə vermişik.Xahiş edirəm özünüzə hörmət qoyun.Əgər o uşaq oğlan uşağı olsaydı bəlkədə etdiyiniz bu hərəkətlərə göz yumardıq amma dediyiniz nalayiq ifadələr qız uşağına deyiləcək sözlər deyil.Qaldıki,İbayev Ağamməd müəllim bizim məktəbə layiq olan yeganə müəllimdi. Bütün müəllim kadrına hörmətim var lakin heç kim İbayev Ağamməd kimi direktorluğu bacarmaz.İlhamə Alışanova düşünməki İbayev Ağamməd müəllim təkdi,sənin ətrafında adamın çoxdusa,İbayevin hər kəsdən böyük və güclü olan Allahı var.Yaxşı olardıki etdiyiniz səhvləri başa düşüb,bu yoldan əl çəkəsiniz.

Bəzi kişi müəllimləri qadın adından istifadə edib qadın adıyla direktorun ünvanına layiq olmadığı sözləri yazırlar.Bunu səbəbi odur ki,direktordan qorxub qadın adıyla yazırlar.Qadın adıyla yazan kişi müəllimlərinə səslənirəm:"Bəs Allahdan qorxmursuz"?.Başqa addan istifadə edən müəllimlər heç düşündünüzmü siz savadınız olmadığı halda saxta diplomunuzla qazandığınız çörəyi haqq edirsiz? Burda İbayev Ağamməd siz haqda heçnə yazmır da, yazdırmırda sanmayınki o sizdən qorxur heç də elə deyil. Sadəcə o bilir ki Allah haqlı və doğru olanları qoruyur.Allah qorxusunu unudanlar,yalan böhtan yazanlar sizə səslənirəm:"Haqq yoluna gəlin az İbayevin ayağının altını qazın unutmayınki qadığınız quyuya özünüz düşəcəksiniz"
Samir 29 yanvar 2019 11:36
  Жалоба     
Xuraman Xanim salam çox sağ olun bütün bu naraziliqlar öz hellin tapmadiqca insanlarda dövlete qarşi inamsizliq yaranir,sanki memurlar Prezidentimizin qoydugu bütün qayda qanunlari ayaq altina atirlar,bele olmasaydı bütün cinayet emelleri sübuta yetmiş mekteb direktorunu himaye etmezdiler! Xuraman Xanim size teşekkür edirik ki,baş vermiş korrupsiya emellerini işiqlandirir ve Prezidentimize desdey olursunuz..
Emil 31 yanvar 2019 19:32
  Жалоба     
Hörmetli valideyin vicdani olan insan heç kime kelek gelmez,deyirsen İbayevin ayağının altin qazmayin,qazdiginiz quyuya özünüz düşeceksiz,,ele ise yeqin Direktorda vaxtile kimlerinse ayaqlarinin altın qazib,yeqin ona göre bele ilişib,,,
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO