Azərbaycan İdeyası

Baş redaktorun məhkəməsində jurnalistlərə xəbərdarlıq edildi

Tarix:8-02-2019, 15:26
Baxış Sayı:524

 Baş redaktorun məhkəməsində jurnalistlərə xəbərdarlıq edildi


Gəncə hadisələrindən sonra barəsində cinayət işi başlanan Criminalaz.com saytının baş redaktoru Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Korrupsiya-q.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə şahid Gülnar Muradovanın növbəti dəfə məhkəməyə gəlmədiyi elan olunub.
Məhkəmə həmin şahid barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Daha sonra Anar Məmmədovun vəkili Elçin Sadıqov vəsatət verib. O, ekspert Bəxtiyar Əliyevin də əlavə şahid qismində məhkəməyə çağırılmasını istəyib. Vəkil qeyd edib ki, ekspert rəyində anlaşılmayan bir çox ifadələr var.
Hakim vəsatəti təmin edib.
Prosesdə hakim məhkəmə zalında olan jurnalistlərə və digər proses iştirakçılarına xəbərdarlıq edib. Hakim deyib ki, ötən məhkəmə iclasında iştirak edən iki zərərçəkmiş qadının fotosu çəkilərək sosial şəbəkələrdə və mətbuatda dərc edilib.
Hakim məhkəmə zalında şəkil çəkməyin qadağan olduğunu söyləyib. Deyib ki, məhkəmə zalında foto şəkilin çəkilməsinə verilmir.
Hakim jurnalistlərə və digər proses iştirakçılarına sonuncu xəbərdarlıq etdiyini də açıqlayıb.
Növbəti proses fevralın 19-də davam edəcək.
Anar Məmmədov Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO