Azərbaycan İdeyası

Allahın verdiyi qədər ömrü sağlam yaşamaq üçün həkimlərə etibar etməliyik - "BAKU MEDİCAL PLAZA"da "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun tələblərinə ciddiliklə riayət olunur

Tarix:12-02-2019, 13:00
Baxış Sayı:266

Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.
Sirr deyil ki, əhalinin sağlamlığının qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan münasibətlərdə bəzən anlaşılmazlıqlar da olur. Qlobal maliyyə böhranının ölkəmizin iqtisadiyyatına, dolayısı ilə də vətəndaşların rifah halına mənfi təsirlərinin hiss olunduğu son illərdə bu müstəvidə mübahisəli vəziyyətlərə tez-tez rast gəlinir. Ələlxüsus da özəl tibb sektorunda.
Həyatda qalmaq uğrunda mübarizə aparan xəstə, onun yaxınları bəzən öz maddi vəziyyətlərinin imkan vermədiyi hallarda belə tibbi xidmətin baha başa gələn növlərindən də istifadə etməyə qərar verirlər. Təxminən belə düşünürlər: "Əvvəlini başlayaq, sonrası Allah Kərimdir, borc-xərc edib davam etdirərik". Tibbi xidmət hətta obyektiv səbəblər üzündən arzu etdikləri nəticəni verməyəndə, yaxud, xidmətdən istifadəni davam etdirməyə maliyyə imkanları yetməyəndə isə tibb müəssisəsini, onun vəzifəli şəxslərini qınamağa başlayırlar. Belə qınaqlar bəzən KİV müstəvisinə də gedib çıxır. "Korrupsiya və Qanun" qəzeti də bu mənada istisna deyildir. Bu qınaqlar haqsız olduqda belə tibb müəssisəsi sırf humanizm prinsiplərinə əsasən sağlamlığını itirmiş xəstəni, həyatını itirmiş şəxsin yaxınlarını məhkəməyə verməyə tələsmir. Kənar müşahidəçidə isə elə təsəvvür yaranır ki, qınaqlar haqlıdır. Vətəndaşlarla səhiyyə müəssisələrinin münasibətlərini isə "Əhalinin sağlamlığını qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu tənzimləyir. Yaranmış mübahisəli vəziyyətlərdə tərəflərin məsuliyyətini dəyərləndirəndə məhz həmin qanunun tələblərinin nə dərəcədə yerinə yetirildiyinə diqqət yetirmək lazımdır.
Sadiq oxucularımız, xatırlayarlar, uzun sürən, illər boyu şiddətlənən xəstəlikdən sonra bu yaxınlarda dünyasını dəyişmiş Musayev Qənbər Ənvər oğlunun yaxınları ilə "Baku Medical Plaza" klinikasının arasında yaranmış anlaşılmazlıq barədə qəzetimizdə məqalə dərc olunmuşdu. Qənbər Musayevin yaxınları çəkdikləri ağır xərcin qarşılığında ailə başçısının həyatda qalmamasında tibb müəssisəsi rəhbərliyini qınasalar da, tibbi xidmətin özünün keyfiyyətinə şübhə oyadacaq ciddi bir arqument ortaya qoya bilmirdilər. Üstəlik, klinikada onlara edilən güzəştlər barəsində də ucadan danışmaq istəmirdilər. Bu da hardasa başa düşüləndir. Onlar borcları, qarşıda gözlənilən dəfn xərcləri haqda fikirləşirdilər.
Gerçək vəziyyəti öyrənmək üçün klinikaya baş çəkdik. Müəssisə rəhbərliyindən Musayevlərlə bağlı məsələyə aydınlıq gətirilməsini xahiş etdik. Məlum oldu ki, xəstə hələ həyatda ikən Musayevlərə maddi yardım olaraq 1890 (Bir min səkkiz yüz doxsan) manat endirim edilib. Üstəgəl, Qənbər Musayev hələ dünyasını dəyişməzdən əvvəl 8000 (səkkiz min) AZN qalıq məbləğ onlara geri qaytarılıb. Göstərilən məbləğdə pulları Qənbər Musayevin oğulları Rəşad, Tural və digər qohumu Elşən Cəbrayılov təhvil alıblar. Bütün bunlar müəssisənin mühasibatlıq sənədlərində öz əksini tapıb. Eyni zamanda həmin şəxslər istər xəstənin klinikaya yerləşdirildiyi ilk gündə (07.12.2018), istərsə də evə götürüldüyü tarixdə (25.12.2018) xəstəliklə əlaqədar olaraq xəstənin vəziyyətinin pisləşməsi, xəstəliyin ağırlıq dərəcəsi, baş verə biləcək ağırlaşmalar barədə həkim tərəfindən məlumatlandırılıblar və həkimlərdən, tibb personalından heç bir narazılıqlarının olmamasına dair iltizamnamə veriblər. Oğlu Rəşad Musayev qanuni nümayəndə kimi öz razılığı ilə koma vəziyyətində olan atasını dekabrın 25-də evə aparıb və xəstəxanadan çıxdıqdan sonra baş verə biləcək dəyişikliklərə görə bütün məsuliyyəti tam olaraq öz üzərinə götürüb.
"Əhalinin sağlamlığının qorunması haqqında" AR Qanununun 25-ci maddəsində Sağlamlığının vəziyyəti barədə vətəndaşların məlumat almaq hüququ təsbit olunub: "Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və ya yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir. Xəstəliyin inkişaf proqnozu mənfi olduqda bu barədə məlumat xəstənin yaxın qohumlarına və ya qanuni nümayəndələrinə, xəstə tələb etdikdə isə bu məlumat ehtiyatlı formada onun özünə çatdırıla bilər. Vətəndaş onun sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərlə bilavasitə tanış olmaq və onlarla bağlı başqa mütəxəssislərdən məsləhət almaq hüququna malikdir. Vətəndaşın tələbi ilə ona sağlamlığının vəziyyətini əks etdirən tibbi sənədlərin surətləri təqdim olunur..." Göründüyü kimi, Musayevlərə münasibətdə qanunun qeyd olunan maddəsinin tələbləri "Baku Medical Plaza" tərəfindən yerinə yetirilib. Həmçinin, həmin qanunun 7-ci maddəsinin (Tibbi yardımın göstərilməsi barədə müqavilə) tələbi gözlənilərək, özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi barədə müqavilədə tibbi yardımın növləri, həcmi və göstərilmə şərtləri əks etdirilib.
Eləcə də "Baku Medical Plaza"nın vəzifəli şəxsləri Qanunun 16-cı maddəsinin (Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri) tələblərinə tam riayət edərək: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmiş; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmiş; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermiş; özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmiş və üzərlərinə düşən digər vəzifələri yerinə yetirmişlər.
"Baku Medical Plaza" Tibb Mərkəzinin rəhbərliyi qəzetimizin tribunasından Musayevlər ailəsinə başsağlığı nidalarını çatdırmağı xahiş etdilər. Redaksiya olaraq biz də öz növbəmizdə Mərhum Qənbər Musayevin yaxınlarına dərin hüznlə başsağlığı veririk. Ölüm haqdır. Heç kəsin, eləcə də həkimlərin özlərinin sığortalanmadıqları, gec-tez baş verəcək bu son aqibətlə hamımız barışmaq məcburiyyətindəyik. Keçən ilin aprel ayında "Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu, ölkənin məşhur həkimlərindən sayılan doktor Səbinə Mirzəyeva qəflətən təzyiqi qalxması, beyninə qan sızması səbəbindən vəfat etməsi xəbəri yayılanda onu tanıyanların hamısı şoka düşmüşdü. Adama elə gəlirdi ki, insanların sağlamlığının keşiyində duran adlı-sanlı həkim kollektivinin üzvü olan, yüzlərlə anaya sevinc bəxş edən, körpələrin həyata göz açmasına vəsilə olan Səbinə xanım ömrünün baharında bu tezliklə həyatla vidalaşmasını heç kəs qəbul etmək istəmirdi. Amma neyləmək olar? Ölüm haqdır. Heç kəsin, həkimlərin özlərinin də sığortalanmadıqları, gec-tez baş verəcək bu son aqibətlə hamımız barışmaq məcburiyyətindəyik. Həkimlərə etibar etməli, ömrü sağlam yaşamağa çalışmalıyıq. Allahın verdiyi qədər ömrü.


Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb