Azərbaycan İdeyası

"KONTAKT HOME" HƏTTA HEÇ "QIZIL ZƏMANƏT" KARTI VERDİYİ DAİMİ MÜŞTƏRİLƏRİNƏ DƏ HÖRMƏT QOYMUR

Tarix:9-04-2019, 15:36
Baxış Sayı:568

"Kontakt Home" mağazalar şəbəkəsinin alıcıları aldatması barədə indiyədək çox deyilib, çox yazılıb. Hətta bir dəfə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov KİV-ə verdiyi açıqlamada müştəriləri ehtiyatlı olmağa çağırmış və bildirmişdi ki, bu şirkət "pulunu ver, itil cəhənnəmə!" prinsipi ilə işləyir.
Bu günlərdə redaksiyamıza daxil olmuş şikayətdən isə məlum olur ki, adı çəkilən şirkət hətta heç daimi müştərilərinə də hörmət etmir.
Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, mənzil - 5057/68, 3x4m.89 ünvanda yaşayan və qeydiyyatda olan Dərgahov Samir Tahir oğlu ərizə ilə redaksiyamıza müraciət edərək bildirib ki, 02.01.2018-ci il tarixdə "Kontakt Home" adlanan servisdən 1618.99 manata LG124CGH modeli olan kondisioner götürübmüş. Bağladıqları müqavilədə göstərilmişdir ki, 14 gün gün ərzində qaytara və dəyişdirə bilər.
"Mən əvvəlcədən onları məlumatlandırdım ki, bu istilik sistemi bizim mağaza üçün yaramayacaq, çox kiçikdir. - ərizə müəllifi yazır: - Onların işçiləri tərəfindən gətirilib quraşdırıldı və otağımıza yararsız olduğu üçün (yəni, istiliyi otağa azlıq etdiyi üçün) qaytarmalı oldum. Həmin servisə gələrək dedim ki, kondisioneri qaytarıram. Aldığımız müddətdən cəmi 12 gün keçdiyinə baxmayaraq narazılıq etdilər və dedilər ki, qaytarırsınızsa, 100 manat cərimə ödəyəcəksiniz. Mən 100 manat cəriməni ödədim. Onlar anbara zəng edib soruşdular ki, Samir tərəfindən alınan mal yerinə qoyulub, ya yox. Anbardan təsdiqlədilər ki, bəli, yerinə qoyulub, amma korobkası yoxdur. Mən cavab olaraq bildirdim ki, düz deyir. Onun da cəriməsi nədir, ödəyərəm. Mən bunu deyəndən sonra onlar daha bir "əmma" çıxardılar ki, əşyanın bir tərəfi də bir az qopub, 300 manat da əlavə cərimə ödəməlisiniz".
Ərizəçi həmçinin bildirmişdir ki, həmin servisin daimi müştərisi olub. Özü də aldığı malların pulunu həmişə nağd ödəyib. "Qızıl zəmanət" kartı da var. Çox təəssüf edir ki, bunların heç biri nəzərə alınmayıb, ondan 400 manat cərimə alıblar.
Məsələ burasındadır ki, kondisionerin zədələndiyi Samirə onu qaytarandan sonra deyil, onun götürüldüyü anda deyilməliydi. Müəyyənləşdirilməliydi ki, qüsur istehsalçı, yaxud, istehlakçı tərəfindən buraxılıb və bu da yerində tərtib olunan aktda öz əksini tapmalıydı. Bundan başqa, əgər maldakı qüsurun istehlakçı tərəfindən, yəni, mexaniki zədə aldığı, səhlənkar münasibət, malın düzgün istifadə edilməməsi, saxlanma və daşınma qaydalarının pozulması, texniki şərtlərə, təhlükəsizlik tələblərinə riayət edilməməsi və başqa hallar nəticəsində baş verdiyi təsdiqlənərsə, onun aradan qaldırılmasının xərcinin məhz 300 manat təşkil etməsi də əsaslandırılmalıdır. Başqa sözlə, həmin məbləği Samir Dərgahovun ərz etdiyi kimi, gözəyarı, necə deyərlər, "iki daşın arasında" müəyyən etmək qeyri-mümkündür.
Aşkar bəllidir ki, "Kontakt Home" tərəfindən "İstehlakçı hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublkikası Qanununun tələbləri davamlı pozulur. Saytlar yazır ki, bu şirkət illərdir, istehlakçıları cəlbedici kredit təklifləri ilə aldadaraq fəaliyyət göstərməkdədir. Dəfələrlə vətəndaşlar şikayət etsələr də, pulları batıb. Maraqlıdır ki, İqtisadiyyat Nazirliyi “Kontakt Home”dan şikayətlərin heç biri barəsində ciddi araşdırma aparmayıb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Taylah Creed 14 aprel 2020 15:40
  Жалоба     
Do not miss your chance

Hello!

You will be surprised at our low prices. We have almost everything you might need.

Hot Sales 40% :

- Jackets & Coats
- Jeans
- Cellphones
- Gaming Laptops
- Smart Electronics
- Bracelets & Bangles
- Home Appliances
- Bags & Shoes
- Hobby & Collectibles
- Golf
- Tattoo & Body Art
- Plumbing

You can see even more here: https://is.gd/DB2G1a

The best offer on the market. Best price and fast delivery.
Minerva Goforth 18 avqust 2020 04:08
  Жалоба     
TommyLeeMaxBond
Virgilio Valladares 7 yanvar 2021 16:56
  Жалоба     
Happy New Year!!!
See our presents and offer from our team: http://got.by/4xv8bj
Id6b3mqiyh 28 aprel 2022 19:49
  Жалоба     
Счёт разморожен! Ответ на обращение № 9646 доступен в личном кабинете

Подробнее по ссылке: https://forms.yandex.ru/u/fcz0a9h8nd0tmljp301i/success/?AAAAAkorrupsiya-q.azBBB
BB
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO