Azərbaycan İdeyası

Bu gün hava necə olacaq?

Tarix:28-02-2019, 11:23
Baxış Sayı:290


 Bu gün hava necə olacaq?

Azərbaycanda fevral ayının son gününə olan hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Ölkə.Az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Axşam yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 7-9, Bakıda gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 754 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoza gəlincə, fevralın 28-i Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi meteohəssas insanlar üçün nisbətən əlverişlidir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO