Azərbaycan İdeyası

Erməni tarixçi: Azərbaycanın tərəfindəyəm, çünki…

Tarix:5-03-2019, 12:12
Baxış Sayı:175


Ermənilər və azərbaycanlılar özlərinin tarixi həqiqətlərini bilirlər və bunun uğrunda mübarizə aparırlar. Bu məsələdə mən Azərbaycanın tərəfindəyəm. Çünki Ermənistanın bütün tarixinin ya uydurma, ya da bu gün özünü erməni adlandıranlara aid olmadığını bilirəm.
Korupsiya-q.az xəbər verir ki, bu sözləri Ukraynada yaşayan tədqiqatçı, tarixçi, məşhur erməni əsilli bloger Filipp Ekozyants sosial şəbəkə hesabında yazıb.
“Uşaqlıqdan hər şeyin tamamilə fərqli şəkildə qələmə verildiyi bu yalan axınından baş açmaq imkanları olmayan erməniləri anlayıram. Sadə insanlar bu və ya digər tərəfdən nifrət mənbəyi deyillər. Onlar bədbəxtlikdən kiminsə çiyinlərinə yüklədiyi bu nifrətin daşıyıcısıdırlar”, – bloger bildirib.
Məsələn, illərlə Matenadaranda ermənilərin qədim köklərini müəyyən etməyə kömək edə biləcək əlyazmaların saxlanıldığı onların şüuraltına yeridilib.
Məsələ barədə danışan Ekozyantsın sözlərinə görə, bu mətnləri, ümumiyyətlə, ermənilərlə bağlı hər hansı bir tarixi informasiya olan istənilən mətnləri ciddi şəkildə tədqiq etmək lazımdır:
“Başlanğıc üçün bu faktların tarixi qeydiyyata alınmalı, bu prosesdə müasir üsullardan istifadə edilməlidir. Müasir üsullar 100-200 il əvvəllə müqayisədə daha mükəmməldir. Xatırladım ki, erməni tarixinin istinad etdiyi bir çox mətnlər, Allah bilir, hansı tarixə aid qeyd olunub. Onlar sadəcə “bu mətnlər V əsrdə yazılıb, məsələ həll olundu və bağlandı, bu sənədi məhz bu cür araşdırın” deyiblər. Ancaq biz belə tədqiqat aparmayacağıq. Aydındır?”, – erməni tarixçi qeyd edib.
Ekzoyantsın sözlərinə görə, bu sənədlər müasir xronoloji qiymətləndirmədən keçməlidir. Yalnız bundan sonra həmin sənədlər tədqiq edilə bilər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO