Azərbaycan İdeyası

Mahmudovun və arvadının inanılmaz bank hesabları üzə çıxdı

Tarix:23-04-2019, 16:16
Baxış Sayı:188


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın adına olan çoxlu sayda bank hesabları açıqlanıb.
Korrupsiya-q.az Teleqraf.com-a istinadən xəbər verir ki, Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın “Kapitalbank”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərtürkbank”, “Nikoyıl İnvestisiya kommersiya bankı”, “AGbank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”da olan bank hesabları üzə çıxıb.
Nuranə Mahmudovanın adına rəsmiləşdirilmiş “Kapitalbank” ASC-nin Sabunçu filialındakı hesabda 153.000 manata bərabər 90.000 ABŞ dolları, 8.400,95 manat, 1.025.843,26 manata bərabər 603.437,21 ABŞ dolları, Vüqar Mahmudovun adına rəsmiləşdirilmiş həmin filialda yerləşən bank hesabından 64.260 manata bərabər 37.800 ABŞ dolları, 63.237,74 manata bərabər 37.196,48 ABŞ dolları, “Azərbaycan Beynəlxalq Bank”nın mərkəzi filialında yerləşən hesabında 39.650,72 ABŞ dolları, 63,94 manat, Sabunçu filialında yerləşən hesabda 71,82 manat aşkar olunub.
Həm Vüqar Mahmudovun, həm də Nuranə Mahmudovanın qeyd olunan bütün bank hesablarına həbs qoyulub.
Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO